Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:37

Səfir: «Azərbaycan İranın bu uğuruna sevinir»


Mohsen Pak-Ayin
Mohsen Pak-Ayin

-

«Nüvə razılaşmasının icrası təlatümlü Yaxın Şərqdə sabitliyin bərqərar olması üçün böyük bir addımdır və İranın regionda sabitliyin qorunmasında qərarlı olduğunu göstərir».

ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyaların ləğvindən danışan bu ölkənin Azərbaycandakı səfiri Mohsen Pak-Ayin «Report»a belə deyib.

Səfir bildirib ki, nüvə razılaşması İrana qarşı ittihamların heç bir əsası olmadığını təsdiqləyib:

«Vyana razılaşması İrana tətbiq edilən ədalətsiz və zalım sanksiyaların ləğvi və bizim ölkənin sülhməqsədli nüvə proqramına malik olmaq hüququnun tanınması ilə nəticələndi. Ona görə də biz bu razılaşmanı hər iki tərəfin xeyrinə olan bir razılaşma hesab edirik. Burada bütün tərəflər öz mənafelərini qorudular və istədiklərini əldə etdilər. Bizim «altılıq» ölkələri ilə razılaşmamız regional və beynəlxalq münaqişələrin həllində bir model ola bilər».

Sanksiyaların aradan qaldırılmasının İranla Azərbaycan arasındakı əlaqələrə necə təsir edəcəyi barədə sualı cavablandıran səfir deyib: «Azərbaycan dövləti və xalqı İranın bu uğuruna sevinir. Çünki bu sanksiyaların ləğvindən sonra ikitərəfli əlaqələri daha sürətlə inkişaf etdirə bilərik. Hesab edirəm ki, nüvə razılaşmasının gələcəkdə ikitərəfli münasibətlərə müsbət təsirlərini görə biləcəyik».

XS
SM
MD
LG