Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:41

Qazax bazarında alan da dad deyir, satan da...(VİDEO)


Qazax bazarında alan da dad deyir, satan da...
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Qazax bazarında alan da dad deyir, satan da...

-

Manatın son devalvasiyasından sonra, ilk günlər yalnız idxal məhsullarının qiyməti qalxsa da, artıq yerli məhsullar da bahalaşıb. Vəziyyəti yerində öyrənmək üçün müxbirimiz Qazax mərkəzi bazarında olub. Alıcılar qiymətlərin baha olmasından, satıcılar isə alıcı olmadığından şikayətlənir.

Bazarda Nüşabə adlı bir alıcı deyir ki, qiymətinin son günlər düşməsi haqqında deyilənlər düz deyil:

«Hər şey od qiymətinədir, neynəyək, indi gedib, Ermənistana keçib orda yaşayaq? Birdəfəlik sürgün etsinlər, biz də çıxıb gedək, başqa ölkədə yaşayaq. Kartofun kilosu 1 manat, yumurta 30 qəpik, yağın kilosu 10 manat. Bütün bunların qarşısını alan yoxdur, Qazaxda məmurlar ancaq pul yığır, prezidenti də eşidən yoxdur. Qazaxa baxan yoxdur. Yenə əvvəllər Heydər Əliyev maraqlanırdı, amma indi İlham Əliyev heç maraqlanmır da».

Səfər Hacıyev
Səfər Hacıyev

«OĞLUM TƏK ƏLİ İLƏ FƏHLƏLİK EDİR, AİLƏSİNİ SAXLAMAQ ÜÇÜN»

Başqa bir alıcı Tərlan Əhədova da dolanışığın çətinləşməsindən danışır:

«Hansı ərzağa əl atırsan od qiymətinədir. Aldığım təqaüd qane etmir ki, bazarlıq edim. 120 manat təqaüd alıram, onunla ailəmi saxlamaq olar? 2-ci qrup əliləm, aldığım 120 manat heç mənim dərmanlarımı ödəmir. Hamı yaxşı dolanmır, prezident hamını eyni bilməməlidir, biz yazığıq, kölə vəziyyətində yaşayırıq. Mənim oğlum Qarabağ müharibəsində olub, 2-ci qrup əlildir, bir əli yoxdur. İndi o harada işləməlidir? Oğlum tək əli ilə fəhləlik edir, ailəsini saxlamaq üçün».

Başqa bir rayon sakini Səfər Hacıyev isə deyir ki, indi xalqı eşidən yoxdur:

«Səsimizi əlimizdən alıblar. Biz nədən danışaq, kimə danışaq? Rayonumuzda vəziyyət pisdir, dolana bilmirik, rayon rəhbərliyi şikayətlərimizə baxmır. Dəfələrlə müraciət etsək də, dərdimizə bir əncam çəkilmir».

Əsmayə Məmmədova
Əsmayə Məmmədova

«ALVER EDƏ BİLMİRİK Kİ, KREDİTİMİZİ QAYTARAQ»

Satıcı Əsmayə Məmmədova isə alıcıların azlığından şikayətlənir:

«Piştaxtaların hamısı boşdur, alıcı gəlmir deyə, hamı malını yığıb işə də çıxmır. Hamımızın krediti var, aldığımız malların hamısını kredit götürüb almışıq. İndi də alver edə bilmirik ki , kreditimizi qaytaraq. Gündə bir çəkələk satıram, onu da çörəyə verirəm. Hər şey ikiqat artıb, dövlət hara baxır?».

«HEÇ KÖHNƏ KURSLA DA KREDİTİ ÖDƏYƏ BİLMİRİK»

Satıcılardan Sürayə Məhərrəmova da kredit faizlərindən gileylənir:

«Çörəkpulunu zorla tapırıq, dollar qalxıb, krediti ödəyə bilmirik. Mən indi kreditin pulunu haradan tapıb ödəyim? Bazarda alıcı yoxdur, camaatda pul yoxdur alver etməyə. Bizə yardım edin, heç köhnə kursla da krediti ödəyə bilmirik. Dükana alıcı girmir, çıxıb çöldə otururuq, onsuz da heç kim heç nə almır».

XS
SM
MD
LG