Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:49

“Son nəfəsimizə kimi mübarizə aparacağıq"


İllüstrasiya
İllüstrasiya

►“Heç bir işbaza bu parkı alt-üst edib, yerində bina tikməyə imkan verməyəcəyik”.

Binəqədi rayonu, 8-ci mikrorayon, Nərimanov küçəsi 3078-ci məhəllənin sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə binanın qarşısındakı parkın hasarlanmasından danışıblar. Onların deməsinə görə, 2013-cü ildə bir işadamı əraziyə gələrək parkın yerində hündürmərtəbəli bina tikəcəyini deyib.

Bina sakini Sənəm Hacıyeva deyir, 2 il əvvəl bina sakinləri yığışıb parkın söküntüsünün qarşısını ala bilib:

“Bakı Şəhər icra Hakimiyyəti Binəqədi rayon İcra hakimiyyətinə tapşırıq verdi ki, “əraziyə nəzarət etdin, park sökülməsin”. 2 il keçdi. Düşündük ki, daha əl çəkiblər. Bu yaxınlarda bir də baxdıq ki, parkı hasarlayırlar”.

Buna da bax: "Bu, monopolistlərin qələbəsi sayıla bilər"

“PUL QAZANMAQ İSTƏYİR”

Sakinlərin sözlərinə görə, parkı hasarlayan burada hündürmərtəbəli bina tikmək fikrində olan “Murad” MMC-nin sahibidir. Əvvəlkindən fərqli olaraq, sahibkar bu dəfə əraziyə daha iddialı ovqatda gəlib və nəyin bahasına olursa olsun, parkın yerində bina tikəcəyini israr edir.

Ərazidə yaşayan Yaşar Hüseynov:

“Bu işadamının qardaşı Xırdalanda bina tikirdi. Payçıları aldatmışdı, bir mənzili bir neçə nəfərə satmışdı, barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanmışdı. İndi də qardaşı gəlib bizi narahat edir. Parkımızı əlimizdən alıb bina tikmək, pul qazanmaq istəyir. O qədər boş sahələr var ki... Bu qədər adamın istirahət yerini əlindən almaq olar?.. Söhbət kiminsə həyətindən getmir. Ətrafdakı binalarda yaşayan minlərlə sakinin istirahət etdiyi parkdan gedir”.

“SAHİBKAR HANSISA MƏMURA ARXALANIR”

Hazırda parkda ağaclar kökündən çıxarılır, ərazidə özül qazılır. Sakinlər isə tikintiyə imkan verməyəcəklərini bildirirlər. Yanvarın 11-də gecə saatlarında ərazidə sakinlərlə şirkət əməkdaşları arasında mübahisə də yaranıb. Əraziyə polis işçiləri gəldikdən sonra sakitlik bərpa olunub.

Sakinlər iddia edirlər ki, parkı söküb yerində bina tikən sahibkar hansısa məmura arxalanır.

“Bu yeri keçmiş icra başçısı ilə keçmiş bələdiyyə sədri birləşib satıb. Sahibkar gəlib bir- iki binadan 2-3 nəfər aparıb, o adamlara görüm baxım edib, onlar da hamının adından yazıblar ki, parkın ərazisində bina tikilməsinə etiraz etmirik”, sakinlər belə deyirlər.

Buna da bax: “Üsyançı” müstəntiq saxlanıldı

ŞİRKƏTDƏN PUL QOPARMAQ?

“Murad” MMC-dən bildirilib ki, ərazidə tikinti aparılmasına rəsmi icazələri və müvafiq sənədləri var. Etiraz edənlərin isə məqsədi şirkətdən pul qoparmaqdır.

Binəqədi rayon İcra Hakimiyyətindən də şirkətin ərazidə hündürmərtəbəli yaşayış binası tikməsi üçün hər bir sənədinin olduğunu təsdiqləyiblər. Bildiriblər ki, bu səbəbdən şirkətin apardığı tikintiyə qadağa qoya bilməzlər.

“Murad” MMC şirkətinin sahibi olduğu bildirilən Məhəmməd Tağıyevin qardaşı Elman Tağıyev “Birlik-İnşaat” MMC və “Hayan” MMC-lərin sahibi olub. Xırdalan şəhərində yaşayış binası tikdirərək bir mənzili bir neçə adama satıb. Buna görə 2 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin zamində olan işadamı hökm oxunarkən məhkəməyə gəlmədiyi üçün barəsində həbsli axtarış qərarı çıxarılıb.

XS
SM
MD
LG