Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Fuad Qəhrəmanlı ilə bağlı yeni kampaniya


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

-

AXCP sədrinin həbs edilmiş müavini Fuad Qəhrəmanlının müdafiəsi ilə bağlı yeni kampaniya başlayıb.

Kampaniya Facebook və Twitter sosial şəbəkələrində ‪#‎fuadinevezinden həştəqi ilə statusların yazılmasını nəzərdə tutur.

Sosial şəbəkə istifadəçilərinə belə bir kampaniyaya başlamaq çağırışını «Azadlıq» qəzetinin baş redaktoru və «Azərbaycan saatı» televiziya proqramının müəllifi Qənimət Zahid edib.

Qənimət Zahid Facebook səhifəsində yazıb ki, hakimiyyət Fuad Qəhrəmanlı Facebook-dakı statuslarına görə həbs edib: «Etiraf ediblər ki, ölkədə söz azadlığının, hətta, sosial media səviyyəsində də sonuna çıxmaq planları var. Təbii, Fuad bəy də çox fəal Facebook istifadəçisi idi və hakimiyyəti sosial mediada davamlı şəkildə ifşa edirdi».

Fuad Qəhrəmanlı dekabrın 8-də həbs olunub. Ona qarşı Facebook səhifəsində yazdığı statuslara görə Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1-ci (dini, irqi, sosial, nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG