Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:29

“Nabrana gələnlər nə bilsinlər, nə çəkirik”


Karikatura
Karikatura

►“Yayda bura iynə atsan, yerə düşməz. Yerli əhalinin isə durumu çətindir"

Xaçmaz rayonunun Nabran kənd sakini Veysəl Abıyev “Qaynar xətt”ə böyüyüb boya- başa çatdığı kəndin problemindən danışır.

Deyir, mərkəzi küçələri asfaltlanan kəndin məhəllədaxili yolları baxımsızdır. Qışda isə palçıq dizə çıxır.

Ancaq havalar soyuyunca nabranlıları daha vacib məsələ narahat edir – istilik məsələsi… Bu kənd heç Sovet dövründə də qazlaşdırılmayıb:

“NABRANA ÇARƏ EDƏN YOXDUR”

“İcra hakimiyyətinə gedirik, qəbul edirlər, vədlər verirlər. Çıxıb gəlirik, ay, il keçir, ortada heç nə yoxdur. Başqa kəndlərdə, heç olmasa, gedib meşədən odun yarıb gətirib istisinə qızınırlar. Bizdə buna da imkan vermirlər”.

Digər sakin Hidayət Kərimov deyir, hamının ağızdolusu təriflədiyi kənd qış gələndə çətin günlərini yaşayır:

“Yayda bura iynə atsan, yerə düşməz. Yerli əhalinin isə durumu çətindir. Belə məşhur zonada sosial problemlər xirtdəyəcəndir. Əsasən də qazın olmaması bizi çox çətinə salır. Deyim ki, problem bütün bu zonaya aiddir, bu da yalan olar. Ətraf kəndlərdə qaz var. Bircə Nabrana çarə edən yoxdur”.

Buna da bax: Azərbaycan Türkiyə üçün qiymətləri endirdi

ODUNU BAŞQA YERDƏN ALIRLAR

Kənd sakini deyir, başqa yerlərdən fərqli olaraq, burada yaxınlıqdakı meşəliklərdən odun qırmaq da qadağandır. Ona görə də kəndlilər ikiqat xərc və əziyyət çəkib odunu başqa kəndlərdən alıb gətirməli olurlar.

Kəndlilər kurort zonası hesab olunan Nabranın qazlaşdırılmasını istəyirlər.

Xaçmaz rayon Qaz İdarəsindən isə bildiriblər ki, Nabranın qazlaşdırılması məsələsi Dövlət Neft Şirkətinin diqqətindədir. Bunun üçün geniş layihələndirmə işləri görülür. İşlər qaydasında getsə, bu qış nabranlıların istiliksiz keçən sonuncu qışı olacaq.

Nabran yayda
Nabran yayda

XS
SM
MD
LG