Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:15

Təyyarə qəzası ilə bağlı saxlanılanlar var


Airbus A321
Airbus A321

-

Misirdə Rusiyanın «A321» təyyarəsini partlatmaqda əli olduğu güman edilən 17 nəfər saxlanılıb.

Saxlanılanlardan ikisi Şarm-əl-Şeyx aeroportunun əməkdaşıdır. Müstəntiqlər hesab edirlər ki, məhz onlar terrorçulara partlayıcı qurğunun təyyarəyə yerləşdirilməsində kömək ediblər.

Bu barədə Misirin təhlükəsizlik xidmətlərinə istinadla «Reuters» məlumat yayıb.

Rəsmi Kreml hələ ki, bu məlumatı təsdiqləmir.

Oktyabrın 31-də Misirin Sinay yarımadasında «Airbus A321» təyyarəsinin düşməsi nəticəsində 224 rusiyalı həlak olub. Partlayışa görə məsuliyyəti «İslam Dövləti» yaraqlıları öz üzərilərinə götürüblər. Təyyarə qəzasının terror aktı olduğunu Rusiya hökuməti noyabrın 17-də təsdiqləyib. Prezident Vladimir Putin faciəyə səbəb olanların tapılıb cəzalandırılacağına söz verib.

XS
SM
MD
LG