Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:54

Arif Yunusun səhhəti yenidən pisləşib


Arif Yunus
Arif Yunus

-

Noyabrın 12-dən 13-ə keçən gecə Arif Yunusun səhhəti yenidən pisləşib, təzyiqi yüksəlib.

Bu barədə AzadlıqRadiosuna onun yanında olan psixoloq Azad İsazadə məlumat verib.

Azad İsazadə bildirib ki, Arif Yunus noyabrın 13-də həkim müayinəsindən keçib:

«Həkim müayinəsindən keçməli olduq, çünki təzyiqi yüksəkdir, enmir. Həkim də məsləhət gördü ki, ev şəraitində müalicəsini davam etdirsin».

Tarixçi-alim Arif Yunus səhhətində yaranan problemlərə görə noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq həbsxanadan buraxılıb.

Qanunsuz sahibkarlıq, vergidən yayınma və digər iqtisadi cinayətlərdə ittiham olunan Arif Yunus bu ilin avqustunda 7 il azadlıqdan məhrum edilmişdi.

Eyni ittihamlarla 8 il 6 ay həbs cəzası alan həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunusun növbəti məhkəmə prosesi dekabrın 7-dədir.

Yunusların özləri ittihamları rədd edirlər.

XS
SM
MD
LG