Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:20

Azərbaycanda parlament seçkiləri [dəqiqəbədəqiqə]

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Təşviqat kampaniyasına 1200-dən çox namizəd qoşulsa da, daha sonra onların bəziləri, o cümlədən Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti seçkiyə qatılmaqdan imtina edib.

Müxalif Milli Şura daha öncədən seçkini boykot edərək, nəticələri tanımayacağını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda budəfəki seçkiləri müşahidə etməyəcəyini açıqlayıb.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətnin aşağısıdakı göy rəngli «davamı» düyməsini basmaqla, bloqu vərəqləmək, əvvəlki postlarla tanış olmaq da mümkündür.

16:56 1.11.2015
İlhamiyyə Rzayeva
İlhamiyyə Rzayeva
İlhamiyyə Rzayevanın vəkili polisə aparılıb

«Həmid onlarla ünvana yollananda məlum olub ki, yaşlı qadın əlil deyil, qutunun gətirilməsi ilə bağlı ərizə zad da yazmayıb». Ətraflı burada

16:26 1.11.2015
İltizam Əkbərli, sağda
İltizam Əkbərli, sağda

Topa bülleten atarkən yaxalandı…

79 saylı İmişli seçki dairəsinin 14 saylı məntəqəsində müşahidəçilərdən biri YAP namizədi Əsabil Qasımovun lehinə işarələnmiş 24 bülleteni qutuya atarkən məntəqədə olan digər müşahidəçi tərəfindən yaxalanıb. Sonuncu həmin bülletenləri müsavatçı namizəd İltizam Əkbərliyə verib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən İ.Əkbərli bildirir ki, onlar bu barədə Mərkəzi Seçki Komissiyasına şikayət edəcəklər.

Saxtalaşdırıldığı iddia edilən topa bülleten
Saxtalaşdırıldığı iddia edilən topa bülleten

16:20 1.11.2015
İcra nümayəndəsi 4 səs verib?

İmişli rayonunun Hacırüstəmli kəndində yerləşən 79 saylı İmişli seçki dairəsinin 39 saylı məntəqəsində kənd icra nümayəndəsi Yavər Şıxəliyev müşahidəçilərin gözü qarşısında qutuya nümayişkaranə surətdə 4 bülleten atıb.

Bu barədə AzadlıqRadiosuna məlumatı namizədliyi AMİP tərəfindən irəli sürülmüş Tapdıq Həsənov verib. Onun dediyinə görə, digər məntəqələrdə də qutulara topa bülleten atılması halları müşahidə edilir.

İmişli RİH başçısının Hacırüstəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yavər Şıxəliyev isə barəsində səslənən iddiaları təkzib edir: «Mən həqiqətən seçki məntəqəsində olmuşam. Amma digər seçicilər kimi cəmi 1 bülleten alıb, onu işarələyərək qutuya atmışam. Oradakı müşahidəçilər bükülmüş bülleteni açıb onlara göstərməyimi istəyirdilər. Bu, qanunsuz tələbdir, səsvermənin gizliliyi pozula bilərdi. Görünür, əlləri hər yerdən üzülüb, keçiblər böhtan atmağa, qarayaxmaya. Çox yaxşı seçki keçir, hər şey də öz qaydasındadır».

15:54 1.11.2015
İlham Əliyev ATƏT-in seçki institutundan danışdı

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkilərini izləməməsindən danışıb. APA-nın məlumatına görə, O, bu barədə fikrini Malta parlamentinin spikeri Angelo Farrugia-nın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

İlham Əliyev deyib ki, Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün həmin quruma dəvət göndərilib. Lakin həmin qurum bu qərarı ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan verib. Bu zaman isə öz mandatını kobud şəkildə pozub.

Davamı

XS
SM
MD
LG