Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:32

Xədicənin apellyasiya məhkəməsi başlayır


Xədicə İsmayıl.
Xədicə İsmayıl.

-

Oktyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılın şikayətinə baxacaq.

Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil Fariz Namazlı deyir ki, ilkin baxış iclası olacaq: «Biz Xədicə İsmayılın ev dustaqlığına buraxılmasını istəyəcəyik, eyni zamanda vəsatət qaldıracağıq ki, apellyasiya şikayətinə məhkəmə araşdırılması formasında baxılsın. İstintaq zamanı bir sıra sənədlər təqdim etmişdik, ancaq o sənədlər araşdırılmadı. Buna görə də vəsatət qaldıracağıq ki, məhkəmə istintaqı aparılsın».

Birinci instansiya məhkəməsi artıq özünüöldürmə həddinə çatdırma maddəsi ilə Xədicə İsmayıla bəraət verib.

Xədicə İsmayıl bu il sentyabrın 1-də qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.

O, ittihamları rədd edir, həbsinin jurnalistlik və ictimai fəaliyyəti ilə, o cümlədən, ölkə prezidentinin ailəsinin biznesini araşdırması ilə bağlı olduğunu deyir.

Həbsindən sonra Xədicə İsmayıl söz və ifadə azadlığının müdafiəçisi kimi bir sıra beynəlxalq təşkilatların mükafatına layiq görülüb. Qərb təşkilatları onun həbsini pisləyib və Azərbaycan hakimiyyətindən jurnalistin dərhal azadlığa buraxılmasını istəyib.

XS
SM
MD
LG