Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:31
Cəmil Həsənli 2014
Cəmil Həsənli 2014

AzadlıqLive - Cəmil Həsənli:"Müxalifətə yer verilməyəcək"

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

13:05 8.10.2015

“Azərbaycana etikasız səfər"

ABŞ Nümayəndələr Palatasının etika məsələləri üzrə müstəqil təhqiqatçıları bir sıra millət vəkillərinin Azərbaycana etika qaydalarına zidd səfərinə dair hesabatı açıqlayıblar.Bundan əvvəl Konqresin Etika Komitəsi təhqiqatların dayandırımasına çağırmış və hesabatı açıqlamaqdan imtina etmişdi.

13:03 8.10.2015

Mühafiəçi-polis qarşıdurması

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın mühafizəçiləri ilə Belçika polisi arasında bu həftə, yumşaq desək, gərginlik yaşanıb. Belə ki, Türkiyə prezidentinin mühafizəsi ilə bağlı onların sözü çəp gəlib.politico.eu Belçika mediasına istinadla belə yazır. Media icmalı

20:58 7.10.2015

ANS-in MTRŞ-ə qarşı məhkəmədə şansı varmı?

ANS televiziyası Milli Teleradio Şurasını məhkəməyə verdi. ANS MTRŞ-ın son qərarlarını qanunsuz hesab edir: ANS-də iki veriliş dayandırılıb, televiziya 54 min manat cərimə olunub. ANS-in bu məhkəməni uda bilərmi? Media hüquqları eksperti Rəşid Hacılı AzadlıqLive-a deyir ki, sırf hüquqi baxımdan yanaşanda, MTRŞ-in verdiyi qərarlarda hüquqi prosedur pozuntusu var. MTRŞ nəyisə pozuntu hesab edə bilər, ancaq bunu hüquqi cəhətdən çox ciddi əsaslandırmalıdır.

Bununla belə, Rəşid Hacılının fikrincə, məhkəmənin necə bitəcəyini demək olmaz. Çünki "bu, hüquqi müstəvidə yox, siyasi müstəvidə olan məsələdir. Ola bilsin ki, burda bilmədiyimiz məsələlər var."

ANS-in bir narazılığı 54 min manat cərimə qərarındandır. Reklam, sponsorluq qanunvericiliyinin pozulmasına görə.... Rəşid Hacılı deyir ki, ona qalsa, belə pozuntu bütün televiziyalrda var. Niyə aralarından tək bir ANS seçilir? Bu ayrı-seçkilik də ədalətsiz qərardır.

Rəşid Hacılı daha nələri deyir?

Gözlə
Embed

No media source currently available

0:00 0:10:15 0:00
Direct-ə keçid


20:52 7.10.2015

Bu gün AzadlıqLive-da:

Rusiya Suriyanı Xəzərdən necə vurdu?

ANS MTRŞ-nı məhkəmədə uda bilərmi?

İlk dəfə türk alim Nobel mükafatı aldı

Putin 63 yaşını hokkey oynamaqla qeyd etdi

Davamı

XS
SM
MD
LG