Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Ali Məhkəmə P.Həşimlinin işinə baxacaq


Pərviz Həşimli
Pərviz Həşimli

-

Oktyabrın 27-də «Bizim yol» qəzetinin əməkdaşı Pərviz Həşimlinin apellyasiya məhkəməsinin qərarından verdiyi şikayətə Ali Məhkəmə baxacaq.

Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadiqov məlumat verib.

Pərviz Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Elçin Sadıqovun dediyinə görə, məhkəmə baxışı saat 09:50-də, hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.

Jurnalistin işinə obyektiv baxılması üçün Ombudsman Elmira Süleymanova və ədliyyə naziri Fikrət Məmmədov Ali Məhkəməyə müraciət ediblər.

P.Həşimli 2013-cü ilin sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Pərviz Həşimli ittihamları rədd edir.

İnsan haqlarını müdafiə təşkilatları jurnalistin siyasi sifarişlə tutulduğunu deyirlər.

XS
SM
MD
LG