Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:49

Erməni aktyor: «Azərbaycanlılarla gözəl münasibətim var»


Armen Ciqarkhanyan
Armen Ciqarkhanyan

-

“Mən erməniyəm, və mənim azərbaycanlılarla, gözəl,dost münasibətim var.”- bunu 80 illiyi ərəfəsi Rossiyskaya Qazetaya müsahibəsində tanınmış aktyor Armen Ciqarxanyan deyib.

O misal kimi azərbaycanlıının adını çəkib: “mənim çoxillik dostum “Kultura” televiziya kanalında aparıcı Nara Şirəliyevadır, azərbaycanlıdır”.

Yeri gəlmişkən bir neçə il qabaq Ciqarxanyan deyirdi ki, maşınında maqnitofonda Azərbaycan muğamı olmayan erməni təsəvvür etmir.

Ciqarxanyan Rossiyskaya Qazetaya daha sonra deyib ki, “razıyam, müsəlmanlarla xristianlar arasında fərqlər çoxdur. Ancaq yola getmək lazımdır. Mən hər gün məscidin yanından keçirəm, orda çoxlu inanclı adam görürəm. Mən onlara hörmət edirəm. Onlar mənim kimi adamlardır, yəqin ki, aralarında məndən yaxşıları da var”.

Aktyor həyat haqda deyir: “Həyat uşaq bağçası deyil, bu, çox uzun prosesdir”.

Həyat uşaq bağçası deyil, bu, çox uzun prosesdir

Ən çox sevdiyi veriliş isə “Heyvanlar aləmidir”. Bunu belə izah edir ki, “heyvanlar arasında münasibətlər düzdür, təmizidir”.

Yubileyi haqda deyir: “Mən bilmirəm, bu nə üçündür. Fikirləşirəm hara qaçım, gizlənim. Tutaq ki, hakimiyyət teleqram göndərəcək. Bununla mənim həyatımda nə dəyişəcək? Heç nə.”

Aktyor, filosof, sinik kimi tanınan Ciqarxanyan deyir ki, “başqasını sevmək böyük zəhmətdir. Mən, məsələn, ancaq özümü sevirəm. “

Televiziyalar haqda deyir ki. orda çoxlu qeyri-peşəkarlıq var. Qeyri-peşəkarlıq haqda misal çəkəndə isə futboldan danışır:“Rusiyada 2018-ci ildə futbol üzrə dünya birinciliyi olacaq. Ancaq çox az adam buna fikir verir ki, biz futbolu çox pis oyayırıq. Bunun üstündə işlmək lazımdır, Ancaq qorxuram ki, yenə şüarlar olacaq, real iş olmayacaq”.

XS
SM
MD
LG