Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

"Xoşqədəmin verilişi pornoqrafiya deyil axı..." - Xalid Ağəliyev


Xoşqədəm Hidayətqızı
Xoşqədəm Hidayətqızı

►"Qanunda dəqiq yazılıb ki, hansı veriliş bağlana bilər: məsələn, ictimai asayişin pozulmasına çağırış, pornoqrafiya və s..."

Milli Televiziya və Radio Şurası ANS televiziyasında yayımlanan "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" verilişlərini bir aylığa dayandırdı. Şuranın bu qərarı qanunidirmi?

Məsələn, Şuranın qərarında deyilir ki, "..ailədaxili münaqişələr , cəmiyyətdəki neqativ hallar müzakirə mövzusuna çevrilir"... Sual yaranır: Çevirmək olmazmı? Şuranın mübarizə elan etdiyi bayağılığın kökü nədədir?

Media hüquqçusu Xalid Ağəliyev AzadlıqLive-a belə cavab verir ki, qanunda dəqiq yazılıb ki, hansı məzmunda veriliş olsa, onda veriliş bağlana bilər: məsələn, ictimai asayişin pozulmasına çağırış və ya pornoqrafiya və s. Ancaq dayandırılan bu iki verilişin məzmunu o qadağan olunan məzmunlar sırasına düşmür. Ona görə də, hüquqşüasın fikrincə, Şura bu verilişləri dayandıra bilməz.

Buna da bax: Gedir quyunun dibinə...

Hüquqşünas deyir ki, hüquqi baxımdan yanaşanda, veriliş hətta bayağı ola bilər, ancaq bu həmin məzmunun televiziyaya çıxarılmasının qabağını almağa əsas verə bilməz.

Xalid Ağəliyev hesab edir ki, problem Şuranın dediyi bayağılıqda deyil,azad media mühitinin olmamasındadır ki, televiziyaların əyləncə proqramlarından başqa yolu qalmır.

Gözlə

No media source currently available

0:00 0:12:16 0:00
Direct-ə keçid

XS
SM
MD
LG