Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

BTQ üçün qatarların istehsalına başlanıldı


«Stadler»
«Stadler»

-

Bakı-Tbilisi-Qars dəmiryol xəttində istifadə ediləcək yataq tipli sərnişin vaqonlarının istehsalına start verilib.

Bu haqda Trend-ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Sentyabrın 28-də «Stadler Rail Group» şirkətinin İsveçrədə yerləşən zavodunda həmin vaqonlara baxış keçirilib.

Tədbirdə «Azərbaycan Dəmir Yolları»nın sədri Cavid Qurbanov, «Stadler Rail Group» şirkətinin prezidenti Peter Spuhler və başqaları iştirak ediblər.

Azərbaycan «Stadler» şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar «standart», «komfort», «biznes» və «restoran» olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq.

Müqaviləyə əsasən, 2016-cı ilin iyul-avqust aylarında ilk on vaqon istismara buraxılacaq.

XS
SM
MD
LG