Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:20

Audi və Skoda da kələk gəldiklərini etiraf etdi


Audi A6
Audi A6

Audi və Skoda avtomobil şirkətləri də sınaq vaxtı yanacaq qazlarının çıxışını təhrif edən proqramlardan istifadə etdiklərini bildiriblər.

Volkswagen şirkətinin ardınca onun qrupuna daxil Audi və Skoda avtomobil şirkətləri də sınaq vaxtı yanacaq qazlarının çıxışını təhrif edən proqramlardan istifadə etdiklərini bildiriblər.

Onlar etiraf ediblər ki, 2, 3 milyon dəst avtomobil belə proqramlarla satışa verilib.

Bu maşınlardan 2, 1 milyonu Qərbi Avropada, 577 mini Almaniyada, 13 mini ABŞ-da satılıb.

Almaniya prokurorluğu Volkswagen-nin keçmiş rəhbərinə qarşı cinayət təhqiqatına başlayıb.

Martin Winterkorn kütləvi ziyan vurmuş fırıldaqçılıqda ittiham edilir.

Sözü gedən avtomobillər Audi-ninA1, A3, A4, A5, A6, TT, Q3 və Q5 modellərinə aiddir.

VW bildirib ki, söhbət ümumilikdə 11 milyon dəst avtomobildən gedir.

Qalmaqalın başlanmasına səbəb ABŞ Təbiəti Mühafizə Nazirliyinin yoxlaması olub. Yoxlama zamanı aşkar edilib ki, avtomobillərə tullantı qazlarının testi zamanı müfəttişləri “aldadan” proqram qoyulub.

XS
SM
MD
LG