Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:32

Martirosyanın dedikləri nə dərəcədə obyektivdir?


 Vahan Martirosyan
Vahan Martirosyan

Vahan Martirosyan Bakıda mətbuat konfransında azərbaycanlıların ürəyincə olan bir çox fikirlər söylədi, məsələn, Qarabağda referendum olsa, Dağlıq Qarabağ Azərbaycanda qalmağa səs verərdi. Bu, doğrudanmı belədir?

Martirosyan hakimiyyətdən incik adam kimi emosional danışır yoxsa həqiqətən obyektivdir?

Onun Azərbaycana gəlməsinə yardım edən hüquq müdafiəçisi Novvella Cəfəroğlu AzadlıqLive-a deyir ki, o, 5 gündür ki, Martirosyanla ünsiyyətdədir, onun fikrincə, Martirosyan emosional danışmır, hisslərə qapılmır. Obyektiv danışan insan təsiri bağışlayır.

Bəs doğrudanmı Qarabağda əhval onun təsvir elədiyi kimidir? Novella Cəfəroğlu deyir ki, Martirosyanın dediyinə görə, Dağlıq Qarabağ əhalisinin 60 faizi Azərbaycanda qalmağa tərəfdar olardı.

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

Bəs erməni fəal Ermənistandan necə qaça bilib? Azərbaycana necə gələ bilib?

Martirosyan Bakı haqda nə fikirdədir? Novella Cəfəroğlu deyir ki, Martirosyan rssamdır, o, həm də Bakıya rəssam gözü ilə baxır.

Novella Cəfəroğlu deyir ki, Martirosyana kömək etdiyinə görə, onu qınayanlar da var, ancaq o, insan haqları müdafiəçisidir, onun vəzifəsi insanlara yardım etməkdir, ona Belarusdan da zəng edirlər, yardım istəyirlər, Irandan da. Bundan başqa Martirosyanın Bakıda Qarabağ haqda dediklərini erməni diasporu da eşitdi. Onun dedikləri Azərbaycan dövləti üçün də əhəmiyyətlidir.

Elxan Nəsiblinin Novella Cəfəroğlu ilə söhbəti

Gözlə

No media source currently available

0:00 0:07:41 0:00
Direct-ə keçid

XS
SM
MD
LG