Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

Bu il 1370 əkiz doğulub


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyulun 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 0.5 faiz artaraq 9 milyon 644.3 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin sıxlığı bir kvadratkilometrə 111 nəfərdir. Hazırda hər 1000 kişiyə 1009 qadın düşür. Əhalinin ümumi sayının 53.1 faizini şəhər, 46.9 faizini isə kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

Bu ilin ilk 6 ayında ölkədə 78.4 min körpə doğulub. Onların 53.2 faizi oğlan, 46.8 faizi isə qızlardır. Körpələrin 1370-i əkiz, 48-i isə üçəm doğulanlardır.

Bu dövrdə ölkədə 28 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalına görə, bu göstərici 6.1-dən 5.9-dək azalıb.

Ölkədə rəsmi orqanlar tərəfindən 38.6 min nikah və 6.4 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 8.2, boşanmaların sayı isə 1.3 olub.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən yanvar-iyul aylarında daimi yaşamaq üçün Azərbaycana 1345 nəfərin gəldiyi və 437 nəfərin ölkədən getdiyi qeydə alınıb.

XS
SM
MD
LG