Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:38

«Google Maps» gəzdiyin yerləri yada salacaq


Google Maps
Google Maps

-

Son zamanlar insanlar sosial şəbəkələrlə, müxtəlif proqramlarla yerlərini bildirməyə maraqlıdırlar. Artıq «Google Maps»ə də yerlə bağlı yeni bir özəllik əlavə olunur.

Yeni özəllik istifadəçilərə imkan verəcək ki, getdikləri bütün yerləri yaddaşda saxlayıb sonra nəzər yetirsinlər.

«Your Timeline» adlanan özəllik getdiyiniz bütün yerləri saat və tarixi ilə saxlayacaq.

Bu yeni funksiyanın digər yer bildirmə vasitələri qədər populyar olmağı gözlənməsə də, «Google» istifadəçilərin keçmişdə getdikləri yerləri təkrar yada salmağın xoş bir təəssürat yaradacağını düşünür.

«Your Timeline» bölməsi şəxsidir və ancaq istifadəçinin özü görə bilər. İstifadəçi getdiyi yerlərin tarixçəsini istənilən vaxt silə və ya redaktə edə bilər. Yerin adını istədiyin kimi, məsələn, «Anamın evi», «Sevimli idman meydançam» və s. dəyişmək olar.

Yeni özəllik Android-dən əvvəl veb versiyada istifadəyə verilib.

XS
SM
MD
LG