Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:22

Xədicənin məhkəməsi davam edəcək

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

AzadlıqRadiosu-nun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Sonradan bu ittiham ləğv edilib amma jurnalistə qarşı AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

13:12 21.8.2015

9 il

Dövlət ittihamçısı çıxışında Xədicə İsmayılın 9 il azadlıqdan məhrum edilməsini istəyib.

11:58 21.8.2015

Xədicə İsmayılın məhkəməsində dövlət ittihamçısı çıxışına başlayıb.

11:08 21.8.2015

Prokuror Xədicəyə iş istəyəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın məhkəməsi başlayıb. Məhkəmə, əvvəlki günlərdə olduğu kimi, yarıqapalı keçirilir.

Norveç, İsveç və Fransa səfirliyinin nümayəndələri, müstəqil jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Bugünkü prosesdə dövlət ittihamçısının jurnalistə cəza istəyəcəyi gözlənilir.

Prosedur qaydalarına görə, dövlət ittihamçısından sonra müdafiə tərəfi çıxış edəcək.

13:22 20.8.2015

Prokuror vaxt istədi

Xədicə İsmayılın işi üzrə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış üçün avqustun 21-dək vaxt istəyib.

Məhkəmə prosesi sabah saat 11-də davam edəcək.

Davamı

XS
SM
MD
LG