Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:16

Xədicənin məhkəməsi davam edəcək

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

AzadlıqRadiosu-nun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Sonradan bu ittiham ləğv edilib amma jurnalistə qarşı AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

15:34 18.8.2015

Məhkəmə tərkibinə etiraz

Xədicə İsmayılın məhkəməsi davam edir.

Vəkil Fariz Namazlı deyib ki, birinci hissədə verdikləri vəsatətlər təmin edilməyib.

Xədicə İsmayıl bu günədək qaldırılan vəsatətləri təmin etmədiyinə və qərəzli olduğuna görə ilk öncə məhkəmə tərkibinə etirazını bildirib. Məhkəmə vəsatəti rədd edib.

Vəkil deyir ki, onlar Tural Mustafayevin əvvəllər işlədiyi KİV-lərin redaktorlarının və Mustafayevi müalicə edən psixoloq Araz Manuçöhrün məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıblar. Bu vəsatətlər də rədd edilib.

13:50 18.8.2015

Jurnalistin anası: "Məhkəmə başdan ayağa yalandır"

"Məhkəmə başdan ayağa yalandır"
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

13:38 18.8.2015

Bir həftə fasilə istədi

Jurnalist istintaqda şahid kimi ifadə verən Ramal Hüseynovun da məhkəməyə dəvət edilməsini istəyib. O, adıçəkilən şəxsin üzünü görmədiyini söyləyib.

Bundan başqa, o gündə iki saat açıq havada olmaq hüququndan yararlana bilmədiyini və vəkilləri ilə məsləhətləşməkdən ötrü məhkəmənin bir həftə fasilə verməsini istəyib.

Vəsatətlərin heç biri təmin edilməyib.

13:38 18.8.2015

Xədicənin Turala sualları var

Xədicə İsmayılın məhkəməsində saat 15-dək fasilədir.

Jurnalistin anası Elmira İsmayılova AzadlıqRadiosuna bildirib ki, Xədicə İsmayıl ittiham tərəfinin zərərçəkən kimi təqdim etdiyi Tural Mustafayevin məhkəməyə dəvət olunmasını istəyib. Ona verdiyi ifadəylə bağlı bir neçə sualı olduğunu bildirib.

Xədicə İsmayıl anasıyla görüşə şərait yaradılması üçün hakimə müraciət edib. Jurnalist ötən məhkəmə iclaslarında da eyni tələblə çıxış etmişdi. O, məhkəmə fasiləsiz davam etdiyi üçün ailə üzvləri və vəkilləri ilə görüşə bilmədiyini demişdi.

Davamı

XS
SM
MD
LG