Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:41

Azərbaycanda daha bir bank bağlandı


“Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilib.

Mərkəzi Bankdan “Qafqazinfo”ya daxil olan məlumata görə, buna səbəb qurumun Mərkəzi Bankın İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli, 27 nömrəli qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirməməsidir. Bank lisenziyasının ləğvi barədə qərar sabah qüvvəyə minəcək.


Mərkəzi Bank onu da bildirir ki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.

13 iyul 2015-ci il tarixindən Mərkəzi Bank tərəfindən “Azərbaycan Kredit Bankı” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçı bankda idarəetməni həyata keçirir. Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.

XS
SM
MD
LG