Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:20

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

14:29 14.7.2015

Sumqayıt sakini: "Ağacları kəsməyin dedim, məni psixi ekspertizaya göndərdilər"

Sumqayıtda ağac kəsilməsinə etiraz edən sakin başına gələnləri danışır

"Ağacları kəsməyin dedim, məni psixi ekspertizaya göndərdilər"
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

14:29 14.7.2015

Bakıda daha bir "ASAN Xidmət" mərkəzi açıldı

Bakıda 5 saylı “ASAN xidmət” mərkəzinin açılışı olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Mərkəz Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşir.

Mərkəzin ümumi sahəsi 5600 kvadratmetrdir. Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi 30 növ xidmət göstərir.Ətraflı burda

14:29 14.7.2015

İlham Əliyev ipotekadan danışıb

İlham Əliyev Nazirlər Kabinetinin iclasında ipotekaya dövlət büdcəsindən azı 200 milyon manat ayrılacağını deyib: “Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir”.

İlham Əliyev bildirib ki, ipoteka kreditləri ilə bağlı iki yanaşma var: “İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın”.Ətraflı burda

15:08 14.7.2015

İlham Əliyev: "Elə qiymət qoyurlar ki..."

Ilham Əliyev Nazirlər Kabinetinin iclasında otel qiymətləri haqda deyib: " bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir."

İlham Əliyevin bildirdiyinə görə, üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. Buna görə, o qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər: "Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər".

Davamı

XS
SM
MD
LG