Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:31

Torpağı var deyə, sosial yardım ala bilmir


Arxiv fotosu
Arxiv fotosu

-

"Atam, anam öləndən sonra onların pay torpaqları da mənə qaldı. 62 sotdur. Sosial yardım üçün gedəndə deyirlər ki, pay torpağın var, sosial yardım düşmür. Əlil adamam, o pay torpağı nəyimə lazımdır?"

"Qaynar xətt"ə müraciət edən Gədəbəyin Slavyanka kəndində yaşayan Əsgər Qurbanov ünvanlı sosial yardım ala bilmir. Deyir, valideynlərindən ona qalmış 62 sot torpaq bu işdə əngələ çevrilib:
SU, GÜBRƏ, TEXNİKA, MÜŞTƏRİ QITLIĞI
"​25 il əvvəl torpaq islahatları ilə verilmiş pay torpaqları adamlara əngəl olub. Hansı kəndli ünvanlı sosial yardım üçün qapı döyürsə, pay torpağını yadına salıb geri qaytarırlar. Halbuki, mən o torpaqdan bircə dəfə də istifadə edə bilməmişəm. Suvarmağa su, əkib becərməyə gübrə, məhsulu yığmağa texnika, satmağa müştəri olmayan yerdə o torpağı neyləyim? Deyirlər, sat, dolan. Kimə satım? Hamı mənim vəziyyətimdədir. Hamı satır, alansa yoxdur".
Kəndli deyir, əvvəl torpaqda çuğundur, kartof əkmək istəyib. Bir müddət sonra buğda əkmək qərarına gəlib. Ancaq hər dəfə də su, texnika, gübrə, müştəri qıtlığına görə əl saxlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu məsələ ilə bağlı tez-tez AzadlıqRadiosuna münasibət bildirən sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayevin deməsinə görə, pay torpağı da pul şəklində hesablandığına görə vətəndaşa ünvanlı sosial yardım təyin etmək mümkün deyil:

ƏNGƏL MENTALİTETDƏN GƏLİR

"Bu adamın adında pay torpağı varsa, istifadə etmirsə, sata və dolana bilər. Torpaq onun əmlakı olduğuna görə o əmlak bu adama pul şəklində hesablanır. Nazirlər Kabinetinin 32 saylı qərarı var - orta aylıq gəlirin hesablanması qaydası. Ona əsasən vətəndaşın pay torpağı varsa, o torpaq onun gəlirinə hesablanır. Adam başına ehtiyac meyarı 100 manatdır. O torpaqdan gələn gəlir hesablanır, 50 manat əlillik müavinətinin üstünə gəlir, ona görə də həmin xanıma ünvanlı sosial yardım təyin etmək mümkün olmur. O vətəndaş yalnız torpağı satandan 1 il sonra ünvanlı sosial yardım üçün müraciət edə bilər".

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da bu məsələyə tez-tez münasibət bildirir:

“Müəyyən mentalitetə uyğun olaraq insanlar onlara verilən torpaq sahələrini satmaq istəmirlər. Amma həmin torpaqları da becərmirlər. Torpaq sahələri də onların olduğu üçün ailə üzvləri neçə yaşında olmasından asılı olmayaraq işləyən kimi qeydiyyata alınır. Həqiqətdə isə mövcud problemlər hələ də qalmaqdadır”.

XS
SM
MD
LG