Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:14

Avtobus sürücüsü sərxoş olub?


Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

-

Avropa Oyunları Komitəsi deyir ki, Bakıda Avstriya idmançılarını vuran avtobus sürücüsünün qəza zamanı içkili olub-olmaması araşdırılacaq.

Bir neçə gün öncə Atletlər kəndində avtobus sürücüsü qəza törətmiş, 3 avstriyalı üzgüçü qız yaralanmışdı. Onlardan biri -15 yaşlı Vanessa Sahinovic ağır vəziyyətdə ölkəsinə aparılıb.

Azərbaycan mediası ehtimal edir ki, qəzaya səbəb sürücünün sərxoş olmasıdır.

Avropa Oyunları Komitəsinin rəsmisi Simon Clegg deyib ki, içkili olmaq çox ciddi ittihamdır və təcili araşdırılmalıdır. Onun bildirdiyinə görə, hələ ki, spirtli içkinin qəzada rol oynadığını göstərən hər hansı sübut yoxdur.

XS
SM
MD
LG