Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

T.Xasməmmədovun ailəsinə təzyiq edilir


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

-

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun ailə üzvlərinə təzyiqlər başlayıb.

Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisinin qardaşı Valeh Xasməmmədov məlumat verib.

Valeh Xasməmmədov deyib ki, Göyçay rayonunda ailənin yeganə qazanc mənbəyi olan, onun işlətdiyi baytarlıq aptekini bağlayıblar.

Aptekin bağlanması Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin və yerli icra qurumlarının xətti ilə həyata keçirilib. Ancaq aptekin bağlanması haqqında məhbus ailəsinə hər hansı məlumat verilməyib.

Baytarlıq Xidmətində isə onlarda bu haqda məlumat olmadıqlarını bildiriblər.

Bu il fevralın 24-də saxlanan Taleh Xasməmmədov 3 aylıq həbs olunub. O, xuliqanlıqda ittiham edilir. Daxili İşlər Nazirliyi bildirib ki, Taleh Xasməmmədov adam döyməklə hüquqazidd hərəkət edib. Ailə üzvləri isə onun şərlənərək həbs olunduğunu iddia edirlər. Onun məhkəməsi iyunun 6-da olacaq.

Hüquq müdafiəçisi 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət ittihamları ilə həbs edilmişdi. Göyçay rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamı ilə azad olunmuşdu. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu «vicdan məhbusu» sayırdı.

XS
SM
MD
LG