Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:30

Əmlakını övladları arasında bölə bilməyən ata...


Arxiv fotosu
Arxiv fotosu

-

Siyəzənin Eynibulaq kənd sakini Elton Kərimov "Qaynar xətt"ə şikayət edib ki, atası onu yaşadığı mənzildən çıxarır, mənzili isə başqa oğluna verir. O, mülkdən məhrum olmasını mülkiyyət hüquqlarının pozulması hesab edir. Deyir ki, mülk onun adından saxta yolla kiçik qardaşı Şahin Kərimovun adına keçirilib. Məhkəmələr isə bu saxtakarlığa qanuni don geyindirib.

Şikayətçi danışır:

"1991-ci ildə ailəvi yığışıb mənim adıma ev aldıq. Təqribən 2008-ci ildə ailədə münaqişələr başladı, mən həmin evdə yaşaya-yaşaya evi məndən gizlin və saxta yolla adımdan çıxarıb əvvəl başqa bir adama guya alqı-satqı etdilər. Sonra da həmin adamın adından kiçik qardaşımın adına keçirdilər. Qonşularım da təsdiqləyir ki, o evdə uzun illər mən yaşamışam, uşaqlarım o evdə doğulub, kommunal ödəmələri mən etmişəm. Bunlar da təsdiqləyir ki, evdə mən yaşamışam. Gördüm vəziyyət belədir, məhkəməyə üz tutdum".

"MÜLKİYYƏT HÜQUQLARIMI BƏRPA EDƏ BİLMİRƏM"

Elton Kərimov deyir ki, 2008-ci ildən gah ailə üzvlərini məhkəməyə verir, gah da özü ailə üzvləri tərəfindən məhkəməyə verilir. Bu məhkəmələri gah udur, gah uduzur.

"Qazandığım qəpik-quruş da məhkəmə yollarında gedir. İş o yerə çatıb ki, yeməyə çörək tapmıram. Mülkiyyət hüquqlarımı necə bərpa edim, özüm də bilmirəm. Məhkəmələr də pul tələsidir".

Şikayətçinin sözlərinə görə, mülk mübahisəsi ailə üzvləri arasında necə münaqişəyə səbəb olubsa, ailə üzvləri onu polisə də veriblər:

"Polisə vermişdilər ki, guya əl qaldırmışam, təhqir etmişəm. Bir müddət də başımı belə qatdılar».

"ƏDALƏTLİ BÖLGÜ YAXŞI ŞEYDİR"

Elton Kərimovun atası Yaşar Kərimov isə deyir, indiyə qədər topladığı sərvətini 4 övladı arasında bərabər bölməyə çalışıb. Eltonun yaşadığı ev kiçik oğlu Şahinin payına düşüb. Ancaq Elton bərabər bölgüyə qarşı çıxaraq həm özünə çatan 4 hektara yaxın torpaq sahəsinin, həm də Şahinin payına düşmüş mənzilin ona verilməsini tələb edib:

Ata:

"Mən elə edə bilmərəm ki, bir oğluma hər şey verim, o birinə isə heç nə verməyim. Əvvəldən razılığa gəldik ki, Elton torpağı götürəcək, ev isə Şahinə çatacaq. Torpağı götürəndən sonra dedi ev də mənim olsun. İndi Eltonun qardaşının payına göz dikməsi haqsızlıqdır".

Kərimovlar ailəsində məhkəmə çəkişmələri davam edir.

XS
SM
MD
LG