Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:34

Siyasi məhbusların azad olunması üçün prezidentə çağırış edildi


İlham Əliyev
İlham Əliyev

-

Siyasi Məhbusların Monitorinq Mərkəzi prezident İlham Əliyevə və Əfv komissiyasına müraciət ünvanlayıb.

Müəlliflər Bakının ölkənin nüfuzunu artırmaq üçün müxtəlif sahələrə dövlət büdcəsindən lazımlı və ya lazımsız xərclər çəkdiyini xatırladırlar. Sənəddə qarşıdakı Avropa Oyunlarının təşkilinin dövlətə, ən azı, 3 milyard manata başa gəldiyi, amma xeyirdən çox ziyan vurduğu xatırladılır.

Sonra müəlliflər ölkədə xeyli siyasi məhbus olduğunu yada salaraq bu faktın ölkənin beynəlxalq imicinə zərbə vurduğunu qeyd edirlər: «28 may Respublika günü ilə bağlı bütün siyasi məhbuslar azad edilsə, bu, hər hansı xərc çəkilmədən dövlətə daha böyük ictimai nüfuz qazandırar», - müraciətdə bildirilir.

Siyasi Məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında yaradılıb. Qurumun təsisçiləri bir neçə QHT rəhbəridir: Elşən Həsənov, Mehdi Şamili, Tural Abbaslı, Əhəd Məmmədli və Rüfət Hacıbəyli. Birlik siyasi məhbusların vəziyyətinin monitorinqini keçirir.

XS
SM
MD
LG