Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:21

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

13:08 20.5.2015

"Bəzilərinin evi bankda girovda imiş"

Mayın 20-də yerli medianın başlıca mövzusu bir gün öncə paytaxtda baş verən yanğınla bağlıldır.

«Bizim yol» yazır: «Sakinlərin bir qisminin evləri bankda girovdadır, bəziləri də toya hazırlaşırmış. Kredit götürərək ailə həyatı qurmaq istəyən şəxslərin evləri gözlərinin qarşısında yanıb kül oldu». Media icmalı AzadlıqLive-da

13:03 20.5.2015

Üzü astarından betər 800 bina

Bəzi binaların üzlüklərinin sökülməsinə başlanıb. “Turan” informasiya agentliyi şəhərdə 800 belə binanın olduğunu hesablayıb. Xətai rayon icra başçısı deyib ki, 15 bina yenidən, həm də daşla üzlənəcək.

Turan yazır: "Məlumatlı mənbələrdən Turan-a daxil olan məlumata görə, Bakıda 800-ə yaxın yaşayış binası belə “alışan” üzləmə materialı ilə üzlənib. Üzləmə dörd növdədir və onlar hamısı bu və ya digər temperaturda yanır.

Paytaxtın icra hakimiyyətlərinə bütün bu binaların birinci mərtəbələrinin demontajına başlamaq və mümkün yanğının söndürülməsi üçün su ilə dolu yük maşınlarını hazır saxlamaq tapşırılıb.

Birinci mərtəbələrdən yuxarıda üzləmənin demontajı daha sonra – Birinci Avropa Oyunlarından sonra həyata keçiriləcək.

İstintaq orqanları binaların məhz bu materiallarla üzlənməsinə kimin və necə icazə verdiyinin araşdırılması ilə məşğul olacaq. Təqsirkarlar cinayət məsuliyyətinə cəlb ediləcək.

Yanğının səbəblərinə gəlincə, üzləmə materialının hazırki və bundan əvvəlki alışmasında diversiya versiyası az ehtimal olunur. İstənilən halda, baş prokurorun yanğının səbəbinin keyfiyyətsiz üzləmə materialı olması haqqında bəyanatı çox şeydən xəbər verir.

Bu işlər “Qlobal konstrakşn” şirkəti tərəfindən həyata keçirilib. Üzləmə materialının tədarükçüsü hələki məlum deyil. Bəzi məlumatlara görə, bu firma Beynəlxalq Bankın tərəfdaşı idi.

Lakin ən maraqlısı odur ki, bu şirkət kimə məxsusdur? Məlumatlı mənbənin sözlərinə görə, firmanın sahibi Azərbaycanın çox yüksək vəzifəli məmurunun kürəkənidir.

Belə hallarda çox vaxt olduğu kimi, firma sahibləri dərhal təsisçiləri dəyişir və məsuliyyətdən qaçır. Buna görə, bu halda ölkənin ali rəhbərliyinin necə davranacağı maraqlıdır – baş verənlərə prinsipial qiymət vermək istəyəcək, yoxsa “hədəfi” tapacaq? Bu sualın cavabı yaxın gələcəkdə aydın olacaq." -AzadlıqLive-da

01:22 20.5.2015

Əhməd Ələsgərov vəfat etdi

Neftçi futbol klubuna keçmiş SSRİ birinciliklərində ilk və son bürünc medalı qazandıran Əhməd Ələsgərov 79 yaşında uzun sürən xəstəlikdən vəfat edib.

Əhməd Lətif oğlu Ələsgərov 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. O, 1955-65-ci illər aralığında futbolçu kimi "Neftyanik"in (indiki "Neftçi") şərəfini qoruyub. Bakı klubunun heyətində 100-dən artıq oyun keçirən Ələsgərov 30 yaşında karyerasını bitirib və məşqçi kimi Neftçidə fəaliyyətə başlayıb. Ələsgərov "Neftçi"yə SSRİ çempionatında ilk və hələ ki, yeganə medalını qazandırıb. Həmin ili bakılılara bürünc medal qazandıran mütəxəssis daha 4 il kluba məşqçilik edib. Ələsgərov daha sonra Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989) və "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb. Mütəxəssis "Neftçi"dən sonra "Çernomorets"lə də SSRİ çempionatının bürünc medallarını qazanıb (1974).

Müstəqillik illərində Ələsgərov həmçinin millinin ilk baş məşqçisi kimi də tarixə düşüb. Azərbaycandakı son iş yeri "Bakı" olub. 2005/06 mövsümündə klubda müşavir və vitse-prezident vəzifəsində çalışan Ələsgərov bundan sonra daimi yaşadığı Ukraynanın Odessa şəhərinə geri dönmüşdü.

Əhməd Ələsgərov müxtəlif illərdə Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisi adına layiq görülüb.

Onun Ukraynanın Odessa şəhərində dəfn ediləcəyi bildirilir.

21:28 19.5.2015

Bakıdakı faciə ilə əlaqədar İctimai Televiziya bu günki Eurovision-u yayımlamayacaq

Azərbaycanın İctimai Televiziyası Bakının Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğınla əlaqədar öz proqramına ciddi dəyişiklik edib.

Bu gecə Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək "Eurovision" mahnı yarışmasının 1-ci yarımfinalını İctimai Televiziya yayımlamamaq barədə qərar verib.

Davamı

XS
SM
MD
LG