Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:35

Sarkisian və Biden Vaşinqtonda erməni qətliamını yad etdilər


Bu mərasimdə bəzi nümayəndələr ABŞ hökuməti tərəfindən qəbul edilməyən “soyqırım” sözünü işlədiblər.

Ermənistan prezidenti Serzh Sarkisian, ABŞ vise-prezidenti Joe Biden və digər rəsmi şəxslər və din xadimləri Vaşinqton Milli Məbədində erməni qətllərinin 100 illiyi münasibətilə keçirilən yadetmə mərasimdə iştirak ediblər.

Ermənistan prezidenti bu məbəddə etdiyi çıxışda qətlə yetirilmiş “1, 5 milyon erməni ilə yanaşı İkinci Dünya Müharibəsində məhv olmuş 6 milyon yəhudinin, habelə Darfur, Ruanda və Kamboca soyqırım qurbanlarının da xatirəsini” yad edib.

Yadetmə mərasiminə bütün ermənilərin katolikosu 2-ci Qaregin və Kilikiya Xanədanı katolikosu 1-ci Aram Keşişyan başçılıq ediblər.

“Mən inanıram ki, bütün dinlərə görə ədalət Allahın verdiyi nemətdir və ədalətin rədd edilməsi Allaha qarşı günahdır” – deyib 1-ci Aram öz çıxışında.

Duaetmə mərasiminə həmçinin Yepiskop Kilsəsinin başçısı Katharine Jefferts Schori, Dünya Kilsələri Şurasının baş katibi Olav Fykse Tveit və Antioxiya patriarxı 2-ci Aphrem qatılıblar.

Bu mərasimdə nümayəndələr ABŞ hökuməti tərəfindən qəbul edilməyən “soyqırım” sözünü işlədiblər.

XS
SM
MD
LG