Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:30

İki bankın əlində aciz qalan ucarlı


Arxiv fotosu
Arxiv fotosu

-

«Bank Respublika”nın Göyçay, “Kapital Bank”ın Ucar filialları aldığım 440 manat maaşın hamısını özlərinə götürürlər»

Ucarın Rəstəcə kənd sakini Sərvan Hüseynov AzadlıqRadiosunun "Qaynar xətt"inə çikayət edib.

10 ildir Dövlət Yanğından Mühafizə Xidmətində çalışan Sərvan Hüseynov deyir ki, kredit götürdüyü iki bankın əlində aciz qalıb.

Şikayətçinin sözlərinə görə, ata evində yaşayır və oranın darısqal olması səbəbindən genişləndirmək məqsədi ilə «Bank Respublika”nın Göyçay və “Kapital Bankı”n Ucar filiallarından kredit götürüb.

"10 ildir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Şöbəsində bölmə komandiri vəzifəsində işləyirəm.İşimdən və dövlətimizin verdiyi maaşdan çox razıyam. Ancaq "Bank Respublika”nın Göyçay filialı ilə “Kapital Bank”ın Ucar filialı aldığım 440 manat əmək haqqının hamısını kredit borcuna götürdüklərinə görə ailəm acınacaqlı vəziyyətdə yaşayır. Himayəmdə olan 3 azyaşlı uşağımın həyat və sağlamlıqları ciddi təhlükədədir".

Şikayətçi deyir, ata evində darısqallıq olduğuna görə yeni ev tikdirmək üçün bu banklardan kreditlə pul götürüb:

"Elə bilirdim ki, götürdüyüm kredit pula görə aylıq maaşımın yarısını Bank alacaq. Ancaq belə olmadı "Bank Respublika”nın Göyçay filialı maaşımın hamısını birbaşa götürdü .Hətda məndən əlavə pulda tələb edirlər. İndi isə məni qorxudurlar ki, tezliklə krediti ödəməsən Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəyik səni işdən qovsunlar. 10 ildir ki, FHN-nin Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində işləyirəm. Nizam-intizamı daima gözləmişəm. Mənim əmək haqqımı tamamilə əlimdən alıb ailəmi dilənçi vəziyyətinə salan "Respublika" və "Kapital Bank" indi məni işdən qovma ilə hədələyirlər ki, bu haqsızlıqdır. Bankdan kredit götürmüşəm, borcum var bunun məsuliyyətini bilirəm və hər ay ödəyirəm. Ancaq mən Bank rəhbəliyinə müraciət edib xahiş etdim ki, ailə vəziyyətimi nəzərə alıb maaşımın yarsını borcuma çıxın yarsınıda özüm alım ki, ailəm acından ölməsin. Bunlar isə məni işdən qovdurmaqla hədələdilər. Allahı başınızın üstündə görün, bu haqsızlıqdır. Üç azyaşlı körpənin ah-naləsi Sizi tutar. Mən bütün aidiyyatı orqanlardan xahiş edirəm mənə kömək edin ki, halal 440 manat maaşımdan acından ölməyib dolanmaq üçün ailəmədə qalsın. Xahiş edirəm köməklik edin”.

"Kapitalbank"ın hüquqşünası bildirib ki, Sərvan Hüseynov krediti vaxtında ödəmədiyinə görə, məhkəməyə müraciət olunub və onun aylıq gəlirinin bir hissəsi bankın hesabına keçir.

XS
SM
MD
LG