Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Türkiyənin xarici işlər naziri Papanın "soyqırım" açıqlamasını pislədi


Vatikan - Roma papası Francis və Ermənistan prezidenti Serzh Sarkisian, 19 sentyabr 2014
Vatikan - Roma papası Francis və Ermənistan prezidenti Serzh Sarkisian, 19 sentyabr 2014

-

Roma papası Francis 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsi haqda danışarkən “soyqırım” kəlməsi işlədib.

Vatikanda faciənin 100 illiyi ilə bağlı mərasim düzənlənib.

Papa sözügedən hadisələri şəxsən özünün soyqırım hesab edib-etmədini birbaşa deməyib.

“Ötən əsrdə bizim bəşəriyyət presidenti olmayan 3 kütləvi faicə yaşayıb. Onlardan birincisi çoxluq tərəfindən “20-ci əsrin ilk soyqırımı” adlandırılır, erməni xalqının başına gəlib” - söyləyib Francis.

Francis illər öncə papa olmuş 2-ci John Paul-un Türkiyəni qəzəbləndirmiş bəzi fikirlərini təkrarlayb.

"O zaman yepiskoplar, rahiblər, dindarlar, qadınlar, kişilər, yaşlılar və hətta müdafiəsiz uşaqlar, xəstələr də öldürülmüşdü...

Pis əməli gizləmək, yaxud inkar etmək ona bənzəyir ki, yaranı sarımayasan, qan da axmağa davam eləsin” – deyib Francis.

Papa 20-ci əsrin digər iki böyük faciəsi kimi nasizm və stalinizmin adını çəkib.

Amma son onilliklərdə Kamboca, Ruanda, Burundi və Bosniyada da kütləvi qırğınların törədildiyini qeyd edib.

Yerevanda "soyqırım" abidəsi
Yerevanda "soyqırım" abidəsi

Papa “bəşəriyyətin günahsız insanların qanının axıdılmasına son qoymaqda aciz olduğunu” deyib.

Mərasimə erməni patriarxı Nerses Bedros XIX Tarmouni və Ermənistan prezidenti Serzh Sarkisian da qatılıb.

Türkiyə 1-ci Dünya Savaşı zamanı Türkiyədə ermənilərin qətlə yetirilməsini inkar etmir. Amma həmin hadisələrin “soyqırım” adlandırılmasını və ermənilərin iddia etdikləri “1,5 milyon qurban” statistikasını qəbul etmir. Eləcə də 1915-ci ildəki faicəvi hadisələr zamanı yüz minlərlə türkün də qətlə yetirildiyini bildirir.

Onilliklərdi ermənilər faicənin dünyada “soyqırım” kimi qəbul edilməsinə çalışırlar. ABŞ dövləti həmin hadisələri “soyqırım” saymasa da, ABŞ-ın 44 ştatı belə bir qərar qəbul edib.

1915-ci il hadisələrinin 100 illiyi ərəfəsində ermənilər ABŞ prezidenti Barack Obamaya da müraciət edərək “soyqırımı etiraf etməyə” çağırıblar.

Rusiya və bir neçə Avropa ölkəsi ermənilərin qətlini “soyqırım” kimi tanıyıb.

Bu arada ABŞ Konqresində bir sıra demokrat və respublikaçı millət vəkili “soyqırım qətnaməsi” hazırlayblar. Onlar qətnamə layihəsində Obamanı “soyqırımı tanımağa” çağırılar. Əvvəlki illərdə də hazırlanan belə layihələr heç zaman Konqresin ümumi iclasında müzakirəyə çıxarılmaq mərhələsinə çatmayıb.

Türkiyə mətbuatı rəsmi Ankaranın Papanın bəyanatını araşdırdığını və buna cavab hazırladığını yazır.

Mevlut Çavuşoğlu (Arxiv)
Mevlut Çavuşoğlu (Arxiv)

Son məlumata görə, Vatikanın Ankaradakı elçisi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Monqolustanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Tvitterdəki hesabından Papanın dediklərinə münasibət bildirib:

"Papanın tarixi və hüquqi gerçəklərdən uzaq bəyanatı qəbuledilməzdir.

Dini məqamlar əsassız ittihamlarla kin və nifrəti qızışdırmaq yeri deyildir".

XS
SM
MD
LG