Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Bakı-2015: İnsanları həbsdə çürüdür, dünyanı qonaq edir


Qiymət artımina etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Qiymət artımina etiraz aksiyası

-

«Bakı kontrastlar şəhəridir. Fontanlarla bəzədilmiş gözəl parklar ətrafında palçıq və zir-zibilli torpaq sahələrinə rast gəlinir. Şüşə qüllələrdən baxanda təmir gedən küçələr görünür. Şəhərin mərkəzi dizayner mağazaları ilə doludur, ancaq aeroport yolu boyunca şəhər ətrafının çirkli və yoxsul mənzərəsi yol kənarında ucaldılmış hasarın o tayında qalır. Hara baxırsan, nəsə tikilir. Yol, bina, park, stadion». «International Business Times» portal «Amnesty International» hüquq-müdafiə təşkilatının Azərbaycan üzrə tədqiqatçısı Natalia Nozadze-nin yazısını dərc edib.

Müəllif Avropa Oyunlarına 100 gün qalmış Azərbaycanın ən sarsıdıcı ziddiyyətindən bəhs edir – hakimiyyət dünyaya müasir bir imicdə görünmək istəyir, ancaq səhnə arxasında reallıq başqadır. «Avropa Oyunları bu ölkə 1991-ci ildə müstəqilliyini yenidən qazanandan bəri üzləşdiyi ən pis repressiya ilində baş tutur. İyirmi iki vicdan məhbusu saxta ittihamlarla saxlanıb. Digərləri ölkədən qaçmağa, yaxud işindən əl çəkməyə məcbur olub», - müəllif yazır.

«Minlərlə atlet və qonaq qarşılamağa hazırlaşan şəhərin öz sakinlərinin mərkəzdə dinc toplantı keçirməsi qadağandır. Beynəlxalq qonaqlar üçün nəhəng stadionlar, otellər, konfrans zalları tikilir. Ancaq yerli fəallar görüşməyə və işləməyə yer, məkan axtarır».

Müəllif hüquq müdafiəçiləri İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, Anar Məmmədli, jurnalist Xədicə İsmayılovanın tənqidi baxışlarına görə cəzalandırıldığını vurğulayır:

«Azərbaycan atletlər üçün təhlükəsiz ölkə ola bilər, ancaq burada insan haqları və azad sözün müdafiəsi təhlükəli oyundur. Bu işdə önə çıxanlar təqib olunur, medal əvəzinə həbsxana cəzasıyla üzləşir».

«Həbslər və repressiyalar vətəndaş cəmiyyətini iflic edib, müzakirə və debatlara son qoyulub. Ancaq hökumətin tənqidçiləri sabitliyə təhlükə yaratmır, onlar, sadəcə, Azərbaycanın, prezident İlham Əliyevin də elan etdiyi kimi, hüquqlara hörmət qoyan ölkəyə çevrilməsinə çalışır».

Foto: Arxiv
Foto: Arxiv

«Hökumət gələcəyə baxanda lap ağlını itirir – neft gəlirləri 20 ilə bəs edəcək, qaz- 50 ilə. Sonra nə olacaq? Ukrayna böhranı başlanandan Rusiyanın neft və qaz bazarından daha təhlükəsiz mənbə istəyən beynəlxalq ictimaiyyət bu ölkədə insan haqlarına görə ağzına su alıb. Gənc fəal Turqutun fikrincə, Bakı-2015 dəyişiklik gətirə bilər. «Bu oyunlar səsimizin eşidilməsi, dünyanın diqqətini mübarizəmizə yönəltmək üçün sonuncu imkandır. Çünki sabah çox gec ola bilər» - Turqut deyir.

AZƏRBAYCANLI MİQRANTLAR ƏN ÇOX HANSI ÖLKƏYƏ GEDİR?

BMT-nin 2013-cü ilə aid məlumatlarıma əsasən dünya miqrantlarının ən çox getdiyi ölkələrin xəritəsi hazırlanıb. Xəritəni vox.com saytı dərc edib.

Hər bir ölkə miqrantlarının ən çox üz tutduğu ölkənin rəngi ilə göstərilib. Məsələn, qırmızı rəngli ölkələrdən miqrantlar ən çox Birləşmiş Ştatlara gedir, mavi rəngdə olanlardan – Fransaya, çəhrayı rəngdəkilərdən isə – Böyük Britaniyaya.

Xəritəyə bircə baxışda görmək olur ki, Qərb yarımkürəsindən miqrantlar Amerikaya gedir. İran, Yaponiya, Nigeriya və Almaniya kimi ölkələrin da favoriti Amerikadır. Fransızdilli Afrika ölkələrindən Fransaya gedirlər, Avstraliyadan isə Böyük Britaniyaya.

Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz, eləcə də Orta Asiya miqrantlarının ən çox üz tutduğu ölkə isə Rusiya olaraq qalır.

RUSİYANIN UKRAYNAYA MÜMKÜN HÜCUM VARİANTLARI

«Stratfor» təhlil mərkəzi Rusiya və Qərb qüvvələrinin Ukraynada birbaşa münaqişə cəlb oluna biləcəyi halda, mümkün ssenarilər hazırlayıb. Mərkəz bildirir ki, bu, proqnoz deyil, Rusiya və NATO-nun hərbi qabiliyyətinin təhlilidir.

Rusiya hərbçiləri Krımda - 2014
Rusiya hərbçiləri Krımda - 2014

Rusiya Ukraynada maraqlarının təminatı üçün hərbi əməliyyatı davam etdirə bilərmi? «Stratfor» beş əsas hərbi variantı araşdırıb. Hər bir variantın da neçə günə həyata keçə biləcəyi, bunun üçün Rusiyaya nə qədər qüvvə lazım olacağı, eləcə də yerli əhalinin reaksiyası və digər amillər göstərilib.

Birincisi, ən çox müzakirə olunan variant Krımı Ukraynanın şərqində separatçı mövqeləri ilə əlaqələndirmək üçün Ukraynanın cənub sahili boyunca hücumdur. İkinci ssenari Ukraynanın bütün cənub sahilinin bütünlükdə tutulması, Rusiyanın və onun Moldovanın Dnestryanı bölgəsindəki təhlükəsizlik qüvvələrinin Krıma birləşdirilməsidir. Ancaq bu iki variantın ciddi qüsuru çox açıq mövqelərin olmasıyla bağlıdır. Mövqelər əsasən düzənlikdə yerləşir ki, onları da müasir hərbi qüvvə ilə məğlub etmək asandır.

Üçüncü ssenariyə görə, Rusiya Ukraynanın şərqini Dnepr çayına qədər tutur və çaydan müdafiə xətti kimi istifadə edir.

Qalan 2 variant kimi Rusiyanın daha məhdud əməliyyatlar, daha az qüvvəylə hücuma keçməsinə baxılıb. Məsələn, Rusiya Ukraynanın şərqinin ancaq cənub yarısını tutur. Lakin bu halda rusiyalılar daha açıq təhlükəyə məruz qalır. Sonuncu halda isə, Rusiya Ukrayna ilə sərhədi boyunca müvəqqəti müdaxilələr edir, Ukrayna qüvvələrini mümkün qədər parçalayır. Bu zaman kiçik siyasi və təhlükəsizlik hədəfləri ola bilər, məsələn, Ukrayna qüvvələri indiki təmas xəttindən çəkilər. Yaxud ölkədə çaxnaşma yaradar, ukraynalılar inanar ki, Rusiya ölkəni tam işğal edə bilər.

«Stratfor» bütün variantların təhlilindən sonra bir qənaətə gəlir ki, variantlar hamısı Rusiya ordusu üçün texniki baxımdan mümkündür, ancaq ciddi qüsurları var.

«Heç bir nəzəri model müharibənin nəticəsini proqnozlaşdıra bilməz. Ancaq bu təhlil liderlərə ideya verə bilər ki, hansı variantı seçsin, yaxud, ümumiyyətlə, seçsinmi?».

XS
SM
MD
LG