Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:48

İntiqam Əliyevin məhkəməsində zərərçəkən ifadə verir


İntiqam Əliyev məhkəmədə
İntiqam Əliyev məhkəmədə

-

Martın 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hüquqşünas İntiqam Əliyevin məhkəmə prosesi davam edib. Məhkəmədə İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib olmuş Gülşən Orucova zərərçəkən kimi ifadə verib.

Gülşən Orucova vəkillərin bəzi suallarını cavablandırmaqdan imtina edib. Nümayəndəsinin Orucovaya verilən suallara müdaxilə etməsi vəkillərin etirazına səbəb olub.

Bundan sonra məhkəmədə fasilə elan olunub.

İttihama görə, 119 min manat vəsait Gülşən Orucovanın bacısının bank hesabına köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər. Vəkillər həmin pulların hesabdan çıxarılıb-çıxarılmaması ilə bağlı bank məlumatlarının tələb olunmasını vacib sayırlar.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

Özü ittihamları qəbul etmir. Beynəlxalq qurumlar bu həbsi siyasi motivli sayıb.

XS
SM
MD
LG