Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:17

Nemtsov qətlindən bir neçə saat əvvəl Putini tənqid edib


Boris Nemtsov
Boris Nemtsov

Rusiyanın müxalifət lideri Boris Nemtsov fevralın 27-i ölümündən bir neçə saat “Exo Moskvı” radiosuna müsahibəsində ölkədəki böhrana görə Rusiya prezidenti Vladimir Putini günahlandırıb.

O deyib ki, böhranın vacib səbəbi Putinin ağılsız, təcavüzkar, ölkə üçün ölümcül olan Ukrayna ilə müharibə siyasətinə başıamasıdır. Müxalifət lideri Rusiya ordusunun orda iştirakının sənədlərlə sübuta yetirildiyini bildirib.

Nemtsov həmçinin bildirib ki, ölkyə siyasi islahatlar lazımdır, hakimiyyət bir nəfərin əlində cəmləşəndə və həmin adam daima idarə edəndə, hər şey tamamilə faciəylə qurtarır.

XS
SM
MD
LG