Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Azərbaycanın xaricdən aldığı ərzaq məhsulları - bahalaşma riski (İnfoqrafika)


.

AZƏRBAYCAN BUNLARI XARİCDƏN ALMAĞA MÖHTACDIR...
Fevralın 21-də Mərkəzi Bank manatı ABŞ dolları və Avroya nisbətən 33% ucuzlaşdırandan bəri hökumət qurumları bunun ərzaq mallarının qiymətinə heç bir təsiri olmayacağını israrla bildirirlər. Hətta prezident İlham Əliyev deyib ki, Azərbaycanda ərzaq mallarının çoxu ölkənin özündə istehsal edilir, ona görə dolların bahalaşması ərzaq mallarını da avtomatik bahalandırmamalıdır.

Dövlət Statistika Komitəsinin 2013-cü ilə dair rəsmi məlumatına görə isə Azərbaycan aşağıdakı məhsulları xaricdən almağa məcburdur, idxaldan asılılıq səviyyəsi belədir:


Görünür, ərzaq mallarının çoxunun Azərbaycanda istehsalı edildiyinə dair prezidentə verilən məlumatlar o qədər reallğa uyğun deyil.

HƏR DÜKANA BİR NƏZARƏTÇİ QOYULSA ƏRZAQ QITLIĞI YARANAR
Dövlət başçısı çıxışında hətta, ərzağı "süni şəkildə bahalaşdıranların cəzalandırılacağını" vurğulayıb.

Bundan sonra İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları demək olar hər gün hansısa mağazanın, satış müəssisəsinin cəzalandırıldığı barədə məlumatlar yayır.

Amma iqtisadçılar qeyd edirlər ki, hər mağazaya bir məmur təyin edilsə belə, yaxın vaxtlarda ərzaq mallarının qiymətlərinin artmasının qarşısını almaq mümkün olmayacaq. Ya da çox nəzarət məhsul qıtlığı yaradar, xaricdən aml alıb gətirmək kimsəyə sərf etməz.

Çünki sahibkarları bahalı dollara xüsusilə ölkə xaricindən alınan ərzaq məhsullarını gətirib Azərbaycanda ucuz manata satmağa məcbur etmək sadəcə imkansız işdir.

Digər tərəfədən, hətta Azərbaycanda istehsal olunan ərzaq mallarının özlərinin də bəzi xərcləri - gübrələr, qablaşdırma vasitələri və s. xaricdən dollarla alınır.

Yəni, indiki halda manatı 33 faiz ucuzlaşdırıb da bunun ərzaq mallarına heç bir təsiri olmayacağını söyləmək, ən azı olduqca iddialı səslənir.

ÇARƏ AXTARIŞI...
Amma iqtisadçılar hökumətin istəyi olsa, bazara normal təsir imkanlarının da tam mümkün olmadığını demirlər.

AzadlıqRadiosunun son bir həftə ərzində bu mövzuda söhbət etdiyi əksər ekspertlər monopoliyaların aradan qaldırılması, idxalda vergi və rüsumların azaldılması, ən əsası da Azərbaycanın özündə neftdən kənar sahələrə səmimi şəkildə diqqət ayrılması ilə ərzağın qiymətinin hətta enişinə də nail olmağın mümkün olduğunu deyirlər.

Yəni, nəzəri olaraq belədir, praktika - Azərbaycan reallıqları isə tam ayrı şərtlər diqtə edir.

XS
SM
MD
LG