Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:29

Moody`s Azərbaycan banklarının reytinqini mənfiyə salıb


Elman Rüstəmov
Elman Rüstəmov

Moody`s Beynəlxalq Reytinq Agentliyi fevralın 23-də Azərbaycan banklarının aktivlərinin risklə üzləşdiyini xəbərdarlıq edib.

Bloomberg agentliyinin məlumatına görə, bu fevralın 21-də Azərbaycanda milli valyutanın məzənnəsinin qəflətən dollar və avroya nisbətdə kəskin düşməsi ilə bağlıdır.

Bununla bağlı Moody`s bazar ertəsi Azərbaycan bankları, əsasən də Beynəlxalq Bank ASC və VTB ASC ilə bağlı “mənfi proqnozlar” irəli sürüb.

Bu addım kreditçilərin banklara təzyiqləri üzündən aktivlərin keyfiyyətinə mənfi təsir göstərib.

Analitiklər hesab edir ki, manatın devalvasiyası əmanətçiləri manat depozitlərini xarici valyutaya çevirməyə sövq edəcək.

XS
SM
MD
LG