Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:34

BVF qlobal inkişaf proqnozunu azaldır


IMF Report
IMF Report

-

Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il üçün qlobal iqtisadi inkişaf proqnozunu aşağı salıb. Fond hökumətləri və mərkəzi bankları çağırıb ki, artım naminə siyasət və islahatları dəstəkləsinlər.

BVF yanvarın 20-də Dünya İqtisadi Proqnozu hesabatını açıqlayıb. 2015-ci il üçün qlobal artım 3.5, 2016-cı il üçün 3.7 faiz göstərilib. Bu, öncəki proqnozların 0.3 faiz azalması deməkdir.

BVF-nin baş iqtisadçısı Olivier Blanchard deyib ki, artımı dəstəkləyən yeni faktorlara neftin qiymətinin düşməsi də daxil olmaqla, neqativ qüvvələr təsir edir. Bu qüvvələrə "böhranın uzanan mirasları və bir çox ölkələrdə aşağı potensial artım daxildir".

Yeni yaranan iqtisadiyyatlar üçün proqnozlar xeyli azaldılıb. Rusiya, Nigeriya və Səudiyyə Ərəbistanı kimi neft istehsalçıları üçün rəqəmlər də ən çox mənfi təsirə məruz qalıb.

Birləşmiş Ştatlar artım gözlənən ən böyük iqtisadiyyatdır. 2015-ci il üçün artım proqnozu 3.1 faizdən 3.5 faizə qaldırılıb.

XS
SM
MD
LG