Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:50

Novruz Məmmədov: "Azərbaycanda islam fundamentalizmi təhlükəsi yoxdur"


“Azərbaycanda islam fundamentalizmi təhlükəsi yoxdur. Azərbaycanda cəmiyyətin bütün təbəqələri bunu heç vaxt qəbul etməz”.

Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Məmmədov bildirib ki, Azərbaycanda din, etiqad azadlığı var, bu sahədə hər hansı problem yoxdur.

Məmmədov Qərbdə islamofobiyanın yayılmasından narahatlığını da bildirib.

Bununla belə, son aylar Azərbaycandan Suriyaya gedib vuruşanlar arasında onlarla şəxs Azərbaycanda həbs olunub.

Mediada Azərbaycandan Suriyaya ailələliklə gedənlər haqda məlumatlar da yer alır.

XS
SM
MD
LG