Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:16

Azərbaycanın Mərkəzi Bankı manatı qorumaq üçün valyuta bazarına müdaxilə edib


Foto arxiv
Foto arxiv

Azərbaycan Mərkəzi Bankı ötən ilin dekabrında bazara qeyri-nağd və nağd şəkildə 1 milyard 127 milyon ABŞ dolları çıxarıb.

Mərkəzi Bankın məlumatına görə, dekabrda qonşu ölkələrdə, xüsusilə Rusiyanın valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən, digər qonşu olkələrdə milli valyutaların məzənnəsinin xeyli düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib.

Buna görə də 2014-cü ilin dekabrın ortalarından ABŞ dollarına tələbat yaranıb.

Mərkəzi Bank bildirir ki, manatın sabitliyini qorumaq məqsədilə gündəlik orta hesabal 37 milyon dollar xərclənib və bu tədbir nəticəsində valyuta ehtiyatlarının həcmi 143 milyon ABŞ dolları məbləğində xalis artımda qalıb.

Mərkəzi Bank ötən ilin dekabrınadık maliyyə sabitliyini qorumaq üçün valyuta bazarına alış və satış yönlü müdaxilələr edib.

Bank bildirir ki, 2014-cü ilin dekabrınadəkbazardan valyuta alınıb.

Mərkəzi Bankın açıqlamasına görə, 2014-cü ilin 11 ayı ərzində manatın dollara nisbətdə bahalaşmasının qarşısını almaq üçün bazardan 1 milyard 270 milyon ABŞ dolları alıb.

AMB-nin məlumatına görə, hazırda bazarda sabitlik bərpa edilib və bank artıq bazarda valyutanın alınmasına qayıdıb.

XS
SM
MD
LG