Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:33

Kerry Parisə gedir


John Kerry
John Kerry

ABŞ Dövlət katibi John Kerry bu həftə Parisə gedəcəyini deyir.

Səfərdə məqsəd ötən həftə islamçı yaraqlıların hücumlarından sonra ifratçılığa qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Səfər yanvarın 15-16-na nəzərdə tutulub.

Yanvarın 11-də Parisdə keçirilən nümayişdə 40-a yaxın dünya lideri də daxil olmaqla 1 milyondan çox adam iştirak edib.

Kerry bildirib ki, bu səfərdə məqsəd ABŞ-ın köhnə müttəfiqinə bir daha həmrəylik göstərməkdir.

Dövlət katibi bildirib ki, ABŞ-Fransa münasibətləri ifadə azadlığı da daxil olmaqla çox dərin ümumi dəyərlər üzərində qurulub.

Kerry Fransanın xarici işlər naziri Laurent Fabiusla görüşəcək , yanvarın 7-9-da törədilçiş hücumlarda ölən 17 nəfərin xatirəsini anacaq.

Yanvarın 7-də satirik Şarli Ebdu jurnalının redaksiyasına edilmiş hücumda 12,8-də edilmiş hücumda 1 polis, 9-da koşer mağazasına edilmiş hücumda isə 4 nəfər öldürülüb.

Şarli Ebdu jurnalı bir neçə dəfə Məhəmməd peyğəmbərin karikaturlarını çap edib və islamçı yaraqlılar bununla qəzetdən qisas aldıqlarını deyirlər.

Beynəlxalq aləm bu hücumları kəsin ittiham edib.

XS
SM
MD
LG