Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:42

YAP üzvü seçkinin saxta keçirildiyini deyir


Foto: Arxiv
Foto: Arxiv

-

«Şamaxının Quşçu kəndində seçki tam saxta keçirildi. Kim tapşırılıbsa, onlara da səs yazdılar».

Bunu AzadlıqRadiosuna 85 saylı DSK-nın həmin kənddəki 25 saylı məntəqən namizəd olmuş Təvəkkül Abdullayev deyir. YAP üzvü olduğunu deyən Təvəkkül Abdullayev namizədliyini müstəqil şəkildə irəli sürdüyünü bildirir:

«Seçicilərin əksəriyyəti iştirak etmədi. Günortadan sonra başladılar saxtakarlığa. Bülletenləri topa-topa istədikləri adamın adına cızıb atdırdılar. Seçkilər qeyri-qanuni keçirildi».

85 saylı Şamaxı DSK-nın sədri Hüseyn Rəcəbov AzadlıqRadiosuna bildirib ki, seçki tam demokratik keçib və nəticələr də artıq Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

XS
SM
MD
LG