Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

Qazaxda müşahidəçi sədri rüşvət vədi verməkdə günahlandırdı...


Qazax. Bələdiyyə seçkiləri 2014
Qazax. Bələdiyyə seçkiləri 2014

-

107 saylı Qazax Seçki Dairəsinin bəzi məntəqələrində kameralar düzgün quraşdırılmamışdı. Kameralardan seçici kabinələri görünmürdü.

Hərçənd bu dairədəki 7 saylı seçki məntəqəsinin sədri Əziz Məmmədov seçkinin çox yüksək səviyyədə keçirildiyini deyirdi:

“DEMƏK OLAR Kİ, YOX, HƏQİQƏTƏN DƏ SEÇKİ YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLİR”

Bələdiyyə seçkiləri 2014
Bələdiyyə seçkiləri 2014

“İnsanlar seçkiyə gəlir. Seçki göründüyü kimi çox yüksək səviyyədə keçirilir. Bəli, əhali seçkiyə gəlir, səsini verir. Heç bir narahatlıq yoxdur, hər şey yaxşıdır. Demək olar ki, seçki yüksək səviyyədə keçir.

Demək olar ki, yox, həqiqətən də seçki yüksək səviyyədə keçirilir.”

Şəhər 5 saylı seçki məntəqəsində isə seçici aktivliyi müşahidə olunmur.

Bu məntəqəsinin sədri Mübariz Abdullayev isə əksinə aktivlikdən danışır:

“OBYEKTİVLİK, ŞƏFFAFLIQ QORUNUR”

“Seçici fəallığı hiss olunur. Ötən seçkilərdən fərqli olaraq bu il namizədlərin çox olması rəqabəti daha da artırıb. Bu seçici fəallığına müsbət mənada təsir göstərir. Bu da onun göstəricisidir ki, seçicilər biganə deyillər, obyektivlik, şəffaflıq qorunur.”

MÜŞAHİDƏÇİYƏ VƏD OLUNAN 500 MANAT İDDİASI...

26 saylı seçki məntəqəsində isə müşahidəçilərlə seçki məntəqəsinin sədri arasında qalmaqal yaranıb. Müşahidəçilərdən biri Ülvi Namazov iddia edirdi ki, seçki məntəqəsinin sədri ona susmağı tapşırıb və baş vermiş qanunsuzluqları qeyd etmədiyi təqdirdə 500 manat verəcəyini vəd edib. Ancaq məntəqənin sədri Xasay Balayev isə əksinə müşahidəçini yalan danışmaqda günahlandırır və ona şər atdığını söyləyib.

XS
SM
MD
LG