Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

Turxan Kərimov: «Rəis nə yazdığımla maraqlandı»


Turxan Kərimov
Turxan Kərimov

-

Noyabrın 28-də AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimov bir qrup mülki geyimli şəxslər tərəfindən oğurlanaraq polis şöbəsinə aparıblar. Burada polis rəisi onunla söhbət edəndən sonra jurnalisti sərbəst buraxıblar. Hadisəyə aydınlıq gətirmək üçün AzadlıqRadiosu Turxan Kərimovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

- Turxan, hadisə necə baş verdi?

- Səhər işə gedəndə 4 nəfər mülkigeyimli özlərini təqdim etmədən məni saxladı. Daha sonra «Hyundai» markalı avtomobilə oturmağımı istədilər. Onlardan kim olduqlarını soruşduqda, Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirdilər. Avtomobilə əyləşdim. Onlar mənə vəsiqələrini də təqdim etdilər.

- Avtomobildə necə davrandılar?

- Normal. Məni tanıdıqlarını bildirdilər. Xüsusi bir söhbət baş vermədi. Dedilər yeni rəis gəlib, səninlə görüşmək istəyir. Telefonu avtomobildə söndürdülər. Sonra şöbəyə gətirdilər.

- Şöbədə kimin yanına apardılar?

- Şöbə rəisi özü qəbul etdi. Nə işlə məşğul olduğumu, harada yaşadığımı soruşdu, təhsilimlə maraqlandı. Mən də bütün sualları cavablandırdım. Mənə ehtiyatlı olmağı tapşırdılar. Bildirdilər ki, dövlətin iqtisadi gücü artır və bütün vətəndaşlar dövlətin yanında olmalıdırlar. Bir də soruşdu ki, polis haqqında nə yazıram? Bildirdim ki, elə bir şey yazmamışam, gedib yoxlaya bilərsiniz. Dedilər ki, hər şeyi bilirik, sadəcə, ehtiyatlı ol. Yarım saatlıq söhbətdən sonra buraxdılar.

- Şöbədə hər hansı təzyiq oldumu?

- Heç bir təzyiq olmadı, normal rəftar etdilər. Xüsusi bir sualın üzərində də durub nəyisə araşdırmağa çalışmadılar. Çox güman ki, saxlamaqla xəbərdarlıq etmək istəyirlər ki, polis hər şeyə nəzarət edir.

XS
SM
MD
LG