Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:38

İslam Dövləti yaraqlıları arasında Qazaxıstandan 150 qadın var


İranın kürd qadınlarının PJAK dəstəsi isə İD-yə qarşı vuruşur
İranın kürd qadınlarının PJAK dəstəsi isə İD-yə qarşı vuruşur

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi noyabrın 18-də bildirib ki, İslam Dövləti yaraqlıları arasında vuruşan Qazaxıstan vətəndaşlarının sayı 300-dən çoxdur.

MTK –nın yazılı bəyanatında deyilir ki, Komitənin sədri Nurtai Abygaev Astanada MDB ölkələrindən olan həmkarları ilə görüşdə deyib ki, İraq və Suriyada İD yaraqlıları arasında vuruşan qazaxların yarısı qadınlardır.

Bu ay keçirilən həmin görüşdə Rusiya Federal Təhlükəsizlik Xidməti FSB-dən Aleksandr Bortnikov deyib ki, 1500-dən çox Rusiya vətəndaşı İD sıralarında vuruşur.

Görüşdə MDB ölkələrinin təhlükəsizlik xidmətlərinin başçıları İD sıralarında MDB-dən olanların sayının artmasından narahatlıq bildirib.

XS
SM
MD
LG