Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

Putin Rusiyanı təkləmək cəhdlərini "absurd" adlandırır


Rusiya prezidenti Putin oktyabrın 16-da Serbiyaya gəlib. O, Serbiya səfəri ərəfəsi Serbiyanın Politika qəzetinə müsahibəsində deyib ki, Qərbin Rusiyanı təkləmək cəhdləri absurd və xəyali məqsəddir.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanskiyalar Avropa iqtisadiyyatına ağır zərbə vurur.

Rusiyanın nüvə silhalarına işarə edən Putin deyib ki, “Biz ümid edirik ki, Rusiyanı şantaj etmək cəhdlərinin boş olduğunu bizim partnyorlar anlayacaq və yadda saxlayacaqlar ki, nüvə silahları olan ölkələr arasında uyğunsuzluğun strateji sabitlik üçün hansı nəticələri ola bilər”.

Putin Serbiyada son 30 ildə ilk hərbi paradda iştirak edəcək. Bu parad Serbiyanın nasistlərdən azad olunmağının 70 illiyinə həsr olunur.

ABŞ səfirliyi isə bildirib ki, səfir Michael Kirbi parada gəlməyəcək.

XS
SM
MD
LG