Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:26

Lənkəranda yaşı 4500 il olduğu deyilən tütək... [Video]


Lənkəranda yaşı 4500 il olduğu deyilən tütək...
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Lənkəranda yaşı 4500 il olduğu deyilən tütək...

-

Lənkəran rayonun Səpnəkəran kəndinə yaşının 4 min 500 il olduğu güman edilən qədim musiqi alətinin sorağı ilə gəlmişdik.

Eşitmişdik ki, həmin qədim tütək kənd sakini Surxay Əliyevdədir.

86 yaşlı qocaman musiqiçi Surxay Əliyevlə elə onun evində görüşdük. O musiqi alətlərini və gildən olan kibrit boyda qədim tütəyi stolun üstünə düzdü. O tapıntı barəsində bunları deyir:

“ELƏ BİLİBLƏR Kİ, PALID QOZASIDIR”

“3 dənə təpəcik var idi, biyar vaxtı da, tərəvəz vaxtı da onu dağıtmamışdılar. Əmlak payı paylananda həmin sahə düşdü mənim qohumuma. Qohumum oranı bulduzerlə təmizləyndə 1 metr dərinlikdən həmin bu balaca musiqi aləti çıxıb. Elə biliblər ki, palıd qozasıdır.

Görüblər ki, bunda gözcüklər var. Başa düşmürlər. Bir ay öz cibində gəzdirir. Həmin bu gəlinin atası.”

Surxay Əliyevin dediyinə görə, bir aydan sonra həmin musiqi alətini bir sənətkar kimi ona verirlər. O isə musiqi alətini təmizləyir,gözlüklərini açır:

“AĞACDƏLƏNİN SƏSİNİ ÇIXARDIM, SONRA BÜLBÜLÜN”

“Götürdüm çaldım. Gördüm səs edir. Ağacdələnin səsini çıxartdım.

Musiqiçı Surxay Əliyev
Musiqiçı Surxay Əliyev

Ondan sonra bülbülün səsini çıxartdım. Mən musiqiçiyəm axı. Dedim bunda bir hava çalım. Necə vağzalını götürmədim, gördüm alınır. Vağzalı, Tərəkəmə, Heyvagülü, bunların hamısını ifa etdim. Gördüm alınır.”

Surxay Əliyev deyir ki, 56 il Lənkəran mədəniyyət şöbəsində işləyib. İlk dövrlərdə tütək, qara zorna, sonra isə klarnetdə ifa edib. Heç vaxt qədim musiqi aləti kimi rahat alət görməyib. O deyir ki, bu musiqi alətinin sorağına xarici ölkələrdən də gələnlər çoxdur:

“BUNDA ELƏ SƏS VAR, O SƏS ÇIXANDA BİLİRLƏR Kİ, ŞADLIQDIR”

“Türkiyədən, Yaponiyadan, Polşadan, Almanıyadan gəlib çəkiblər. Yaponiya buna görə mənə fəxri diplom verib. Alimlər buna rəy verdilər.

Bu alət ibtidai icma quruluşuna aid bir alətdir. Onda bir səs var, məsələn həyacan siqnalı. Bunda elə səs var, o səs çıxanda bilirlər ki, şadlıqdır .

Alimlər bunu dedilər. Meşədəki quşların səsini ram edir. Gəldilər yaş məqamına, alimlər dedilər ki, 4500 il onun tarixidir. Bunu alimlər deyir, mən də demirəm.”

Surxay Əliyev keçmiş xidmətlərindən də danışır. Deyir ki, uzun müddət Lənkəranı keçmiş SSRİ-də təmsil edib. Lakin pensiyadan başqa ona heç nə qalmayıb:


“BİR DƏFƏ DƏ MƏNİM ÜÇÜN AD GÜNÜ KEÇİRMƏDİLƏR”

“Heç bir hörmət eləmədilər. 77-ci ildə qızıl mükafat qazanmışıq.

Rusların dövrü olanda nə olar? Mən zəhmət çəkmişəm. Fəxri fərmanlar almışam. Mən tək yox, dəstəmlə. O qədər iş görmüşəm, bir dəfə mənim üçün ad günü keçirmədilər.”


QƏDİM ALƏTDƏ "VAĞZALI" HAVASINI İFA EDİR

Qədim nəfəsli musiqi aləti
Qədim nəfəsli musiqi aləti

Surxay Əliyev deyir ki, digər nəfəs alətləri qədim tütəyin varisləridir.

Onun sözlərinə görə, bu alət göstərir ki, qədim insanlar da musiqiyə biganə olmayıblar. Həyat inkişaf etdikcə musiqi də inkişaf edib:

“Bu digər alətlər ondan sonra meydana gəlibər. Bu tütəkdir, qamışdandır. Bu zurna, balabandır, klarnetir. 55 il sənətkarlıq etmişəm.

İndi pensiyanın ümidinə qalmışam.”

XS
SM
MD
LG