Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:18

Ukrayna böhranı (3-6 sentyabr)

Ukraynanın şərqindəki müharibə yeni fazaya daxil olur. 3 ay əvvəl separatçılar Ukrayna ordusuna qarşı Sovet dövründən qalma köhnə silahlarla döyüşürdülərsə, indi artıq onların əlində müasir silahlar və hərbi texnika var.

ƏVVƏLKİ GÜNLƏRİN XRONİKASINI BURADA OXU

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA OXU

Donbass mühasribəsində təşəbbüs Ukrayna silahlı qüvvələrinə qarşı döyüşən Rusiyameylli yaraqlıların əlinə keçib. İlovaysk ətrafında Ukraynalılara sarsıdıcı zərbələr vurandan sonra onlar uğurlarını bərkitmək üçün digər istiqamətlərdə də hücuma keçiblər. Luqansk aeroportu separatçıların əlində keçib. Donetsk aeroportu uğrunda gedən döyüşlərin nəticəsi haqda ziddiyyətli məlumatlar gəlir. Reuters həmin ərazidə tərk edilmiş Ukrayna mövqelərinin görüntülərni yaysa da, Kiyev aeroportun hələ də Ukrayna ordusunun əlində olduğunu iddia edir.

Eyni zamanda Rusiya və Ukrayna prezidentləri Donbassda atəşkəsin əldə olunması üzrə danışıblar. Separatçıların düşərgəsindən bu danışıqlara münasibətdə çalışırlar qeyd etsinlər ki, münaqişənin içtirakçıları Kiyev və Moskva deyil, Kiyev və Donetsk-Luqansk-dır.

Ukrayna tərəfi separatçıların tərəfində nizami Rusiya qoşunlarının döyüşdüyünü bəyan edərək, Donbassda baş verənlərin artıq "antiterror" əməliyyatı deyil, Rusiya ilə müharibə olduğunu bildirir. Moskva bu ittihamları rədd edir.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

19:54 3.9.2014

Donetskdə, Vostok batalyonunun mövqelərində

Donetskdə, Vostok batalyonunun mövqelərində
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Donbassda səfərdə olan AzadlıqRadiosunun müxbiri Andrey Babitskiy separatçıların döyüş mövqelərinə yemək daşıyan qrupu çəkib. Vostok batalyonunun bu əsgərləri Donetskin ətrafında Ukrayna təhlküəsizlik qüvvələrinə qarşı döyüşən onlarla separatçı-silahlı qruplaşmalardan biridir.

21:06 3.9.2014

İlovaysk uğursuzluğunun qiyməti...

Donetsk yaxınlığında Ukrayna ordusunun buraxılış məntəqəsi təmizlənir
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Kiyev İlovaysk ətrafında Ukrayna tərəfinin itkiləri haqda rəsmi məlumat açıqlamağa tələsmir. Burada Ukrayna tərəfinin düçar olduğu uğursuzluğun miqyası haqda ancaq sosial mediada yayılan görüntülərdən və mühasirədən çıxanların dediklərindən təxmini nəticə çıxarmaq lazım gəlir. Belə xəbərlərdən biri də, Zaporojyedən gəlib. AzadliqRadiosunun Rusiya xidməti xəbər verir ki, vilayət mərkəzinin morquna son 2 gün ərzində Lovaysk ətrafında həlak olan 97 nəfərin meyiti daxil olub.

Xatırladırıq ki, bazar ertəsi əsirlərin dəyişməsi ilə məşğul olan qrupun rəhbəri, isetfada olan Ukrayna generalı Vladimir Ruban İlovaysk qazanında 700 nəfərə yaxın adamın separatçılar tərəfindən əsir alındığını bildirib.

Müxtləf mənbələr mühasirədən 200 Ukrayna əsgərinin çıxdığını xəbər verir.

Xatırladırıq ki, əvvəl İlovaysk ətrafındakı Ukrayna əsgərlərinin mühasirədən çıxması haqda razılıq əldə olunması haqda xəbərlər yayıldı. Mühasirədəki əsas qruplaşmanın, könüllülərdən ibarət “Donbass” batalyonunun komandiri Semen Semenchenko (həmin anda o yaralı olduğundan öz əsgərlərinin yanında, mühasirədə deyildi) sosial mediada yazmışdı ki, Kiyevlə separatçılar arasında əsgərlərin mühasirədən çıxması üçün “humanitar (yaşıl) dəhliz”in açılması razılığı əldə olunub. Lakin mühasirədən çıxanda Ukrayna əsgərlərinin qarşısını kəsən Rusiyameylli yaraqlılar bildiriblər ki, həlqədən ancaq silahı yerə qoyub çıxa bilərlər. Buna razılaşmayanda “yaşıl dəhlizdə”ki Ukrayna hərbi karvanları atəşə tutulib, Ukrayna hissələrinin qalıqları da mühasirədən döyüşlə çıxmağa məcbur olub, bu zaman ağır itkilər veriblər.

Davamı

XS
SM
MD
LG