Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:27

Kauzlarich Azərbaycan haqda yazılara münasibət bildirir


-

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olan Richard Kauzlarich Washington Post qəzetinin redaktoruna Azərbaycanla bağlı qəzetdə gedən son yazılar haqda məktub göndərib. Qəzetin 25 avqust tarixli sayında dərc olunmuş məktubunda Kauzlarich yazır ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun cavabına baxmayaraq qəzetin 14 avqust tarixində “Rusiyanın pis təqlidi” adlı baş məqalə həqiqəti əks etdirir.

Kauzlarich yazır ki, Azərbaycanın səfiri öz məktubunda Leyla Yunus və Arif Yunusa qarşı Ermənistana casusluq etmək kimi saxta ittihamlara toxunmur. Və yaxud həbsdə Leyla Yunusa dərman verilməməsi və müalicə ilə təmin olunmaması və ya Azərbaycanda həbsdə onlarla siyasi məhbusun olmasına da toxunmur.

Kauzlarich hesab edir ki, Leyla Yunus və Arif Yunus Azərbaycanla Ermənistan arasında sülh yaratmaq üçün çox vacib qeyri-hökumət diplomatiyasına cəlb olunublar. Kauzlarichin fikrincə, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həlli üçün zəruri olan kompromissə getməyə hazır deyillər.

Kauzlarich yazır ki, qeyri-hökumət diplomatiyası səyləri Azərbaycan hakimiyyətinin yadına onun Dağlıq Qarabağ problemini həll etmək istəməməsini salır: sülh axtaranlar həbsdə olsalar, yaxşıdır.

XS
SM
MD
LG