Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Naxçıvanlı məmurlara etik davranış qaydaları öyrədilir


Arxiv foto
Arxiv foto

-

«Şərq qapısı» 20.08.2014

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Sosial Təminat Xidməti, Dövlət Məşğulluq Xidməti, Naxçıvan Şəhər Məşğulluq Mərkəzi, Naxçıvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi əməkdaşlarının iştirakı ilə «Dövlət qulluqçularının etik davranış qaydaları» mövzusunda seminar keçirilib.

Qeyd edilib ki, dövlət qulluqçusu bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. O, özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrini yerinə yetirməsinə təsir etməsinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalı, qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Şöbə müdirinin sözlərinə görə, etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

Seminara Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev yekun vurub.

XS
SM
MD
LG