Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:12

İti yatırdıb, evi yağmalayıblar


Arxiv fotosu
Arxiv fotosu

“Evin altını üstünə çevirib əllərinə keçəni götürüb gediblər”.

II qrup əlil olan Vaqif Kərimov min bir əzabla müalicəsi üçün yığdığı pulun Xırdalan şəhəri, Əzizbəyov küçəsi, 31b ünvanındakı evindən oğurlandığını deyir:

“Həkim müayinəsi üçün günləri saydığım bir vaxtdır. Belə vaxtda qəpik-qəpik topladığım pullar getdi”.

İşdən evə gələn Vaqif Kərimov otağı alt-üst vəziyyətdə görüb.

“Həyətə girəndə şübhələndim ki, məndən əvvəl burada kimsə olub. Mənzilə keçəndə gördüm otaqlar dağınız vəziyyətdədir. Birinci pulu saxladığım yerə baxdım. Aparmışdılar”.

Ev sahibinin sözlərinə görə, uzun illərdir həyətdə təlim görmüş it saxlayır. Ancaq deyəsən oğrular da pils “təlim” görməyiblər - əvvəl iti yatırdıblar. Sonra fəaliyyətə keçiblər.

Abşeron Rayon Polis Şöbəsindən “Qaynar xətt”ə bildirdilər ki, Vaqif Kərimovun mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı cinayət işi başlanıb, istintaq davam edir. Hələlik istintaq bir neçə qonşunu dindirib.

XS
SM
MD
LG